Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Məhkəmə-Hüquq Şurası haqqındaAzərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 23 fevral 2016-cı il

 

Azərbaycan.- 2016.- 24 fevral.- S. 4.