S.Q. İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Səkinə Qulu qızı İsmayılova “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2016-cı il

 

Azərbaycan.- 2016.- 25 fevral.- S. 1.