Beynəlxalq “dəyirmi masa”nın məruzəçiləri Bilik Fondunda

 

“Erməni terroru və Azərbaycan multikulturalizmimövzusunda Bakıda keçirilən I Beynəlxalq “dəyirmi masa”nın məruzəçiləri rusiyalı alim, siyasi analitik, tarix elmləri üzrə fəlsəfə doktoru Oleq Kuznetsov və amerikalı alim, Tennesi Texnologiya Universitetinin Sosiologiyasiyasi elmlər fakültəsinin professoru Maykl Günter Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Görüşdə millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı tarix elmləri doktoru Həcər Verdiyeva, Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı tarix elmləri doktoru, professor Rauf Hüseynov, Alban-Udi xristian İcmasının sədri Robert Mobili, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, eləcə də Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası Hüquqİnsan Haqları İnstitutunun əməkdaşları, media nümayəndələri və tələbələr iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarına fondun fəaliyyəti barədə ətraflı məlumat verib, “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin böyük məsləhətçisi Həcər Verdiyeva erməni terrorunun tarixindən danışıb.

Xarici ölkə alimləri Azərbaycandakı multikultural mühiti yüksək qiymətləndirdiklərini, multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyini qeyd ediblər.

Görüşdə erməni terrorunun mahiyyəti və tarixi,  onun törətdiyi faciələr barədə fikir mübadiləsi aparılıb. “Erməni terroru və Azərbaycan multikulturalizmimövzusunda keçirilmiş Beynəlxalq “dəyirmi masadan təəssüratlarını bölüşən xarici ölkə alimləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Xatırladaq ki, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Diaspor ilə İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Erməni terroru və Azərbaycan multikulturalizmimövzusunda I Beynəlxalq “dəyirmi masada O.KuznetsovTransmilli erməni terrorizminin etnokonfessional qaynaqları”, M.Günter isə “Həqiqət və saxtakarlıq: “Erməni soyqırımı” həqiqəti və soyqırımı məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Azərbaycan.-2016.- 2 iyul.- S.5.