Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda aşıq sənətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

 

Axundov Umbay Sadıq oğlu

Allahverdiyev Əhliman Məhəmməd oğlu

Balasiyev Həşim Səftər oğlu

Əliyev Fətulla Əbdüləzim oğlu

Kosayeva Solmaz Qorçu qızı

Musayev Xanmusa Musaxan oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  15 iyul 2016-cı il

Azər­bay­can.- 2016.- 16 iyul.- S.3.