Qəbələdə “Alban Apostol kilsəsinin keçmişibu günümövzusunda beynəlxalq konfrans keçirilib

 

İyulun 20-də Qəbələ şəhərində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan RespublikasındaMultikulturalizm ilielan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı çərçivəsində qədim Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi bu günümövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Norveç, Türkiyə Rusiyadan görkəmli albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar, Qəbələdə keçirilənMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli dini dəyərləradlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin 16 ölkədən 75 nəfər iştirakçısı, o cümlədən 20 İyul - “Beynəlxalq Udi Mədəniyyəti Günümünasibətilə dünyanın müxtəlif ölkələrindən özlərinin tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edib.

Çıxışlarda AzərbaycandaMultikulturalizm ili”ndə görülən işlər nəzərdə tutulan tədbirlər barədə danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə İslam digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb. Qeyd olunub ki, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib. Bildirilib ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniya yaranmasına şərait yaradıb. Azərbaycanda 2016-cı ilinMultikulturalizm ilielan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir. Çıxışlarda qeyd olunub ki, 1836-cı ildə Alban kilsəsinin ləğv edilərək erməni Qriqoryan kilsəsinə birləşdirilməsi nəticəsində albanlara, o cümlədən udilərə qarşı böyük ədalətsizlik edilib. Hazırda udilərin hüquqlarının ədalətinin bərpası istiqamətində işlər görülür. Azərbaycan hökuməti bu məqsədlə Alban-Udi İcmasına lazımi dəstək verir, icmanın fəaliyyəti üçün şərait yaradır.

Konfransda Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovQafqaz Albaniyası tarixi-coğrafi aspektdə genetik təhlil”, Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Byorn VeqqeYerusəlimdən Kişə”, Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili “Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi Xristian İcmasımövzusunda məruzə edib.

Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli xarici albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar ictimaiyyət nümayəndələri mövzu üzrə məruzələr edib, müzakirələr aparıblar.

Tədbirdə Qəbələ əhalisinin zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər udilər üçün ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid 1 kilsədə qeydiyyata alınmış 22 İslam, 1 xristian dini icması mövcuddur burada hər bir vətəndaşa dini inancını ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udilərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır araşdırılır. Onların dil, din, özünəməxsus mədəniyyət adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd kilsələri, tarixi abidələri bərpa olunur, qorunur.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli dini dəyərləradlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşüblər. Konfrans iştirakçıları Nic qəsəbəsinə səfər edərək, Müqəddəs Yelisey Alban kilsəsi ilə tanış olublar.

Konfransdan sonraBeynəlxalq Udi Mədəniyyət Günü”nə həsr olunmuş tədbirlər keçiriləcək.

 

Azərbaycan.- 2016.- 21 iyul.- S.2.