180 illik birgəyaşayış

 

Gədəbəyin Slavyanka kəndinin sakinləri Azərbaycanı doğma vətənləri sayırlar

 

Zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malik olan Azərbaycanda millidini azlıqlara həmişə böyük hörmətlə yanaşılmış, onlara Azərbaycanı doğma vətənləri hesab etmələri üçün hər cür şərait yaradılmışdır. Bu sahədə qazanılan təcrübə və uğurlar beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməklə bir çox dövlətlərə nümunə göstərilmişdir.

Artıq Azərbaycanda əsrlərdən bəri formalaşan multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilmişdir.  Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilinMultikulturalizm ilielan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bir daha sübut edir ki, Azərbaycan bu sahədə öz tarixi ənənələrinə sadiqdirbu ölkədə bütün xalqların nümayəndələrinə eyni münasibət bəslənilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri hüquqisiyasi müstəvidə yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və uzaqgörən siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini daha da inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Ulu öndərin müdrik siyasəti və təşəbbüsü ilə Azərbaycanda milli azlıqların mədəniyyətinə, dilinə, tarixinə, adət-ənənələrinin qorunmasına qayğı ilə yanaşılmışdır.

Müxtəlif xalqların nümayəndələrinin yaşadıqları bölgələrdən biri də Gədəbəy rayonudur. Rayonun Novosaratovka, Novoivanovka, Slavyanka və digər kəndlərində yaşayan başqa millətlərin nümayəndələri, o cümlədən ruslar əvvəllər də, indi də Azərbaycanı özlərinin doğma vətənləri hesab edirlər. Onlar bu ərazilərdə beynəlmiləlçilik şəraitində yaşayır, müxtəlif millətlərin nümayəndələri ilə çiyin-çiyinə çalışır, bir-birlərinin xeyirində, şərində iştirak edirlər.

 

Heydər Əliyev Fondunun qayğısı

 

Slavyanka kəndi Gədəbəyin giriş hissəsindədir. Yol boyu yaşıl örpəyə bürünmüş dağlara, dağ yamaclarında əkilmiş kartof sahələrinə baxdıqca insanın ürəyi açılır. Hiss edirsən ki, insanlar zəhmətkeş və işgüzardırlar. Çörəkləri əsasən torpaqdan çıxan gədəbəylilər demək olar ki, hər qarış torpaqdan səmərəli istifadə etməyə çalışırlar.

Slavyanka bələdiyyəsinin sədri Firudin Məmmədov kənd haqqında ətraflı məlumat verərək dedi ki, 4 min 300 nəfər əhalisi olan kənddə 1300 ev var. Onlardan 31-i rus ailəsidir. Rayonun digər kəndləri kimi burada da əhalinin rahat yaşaması üçün çoxlu işlər görülüb. Hazırda burada 3 məktəb, 40 yerlik uşaq bağçası fəaliyyət göstərir. Məktəblərdən biri Heydər Əliyev Fondunun vəsaiti ilə inşa edilib. Bundan başqa, kənddə sahə xəstəxanası, poçt, elektron ATS, internet şəbəkəsi, musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Gədəbəyə gedən magistral avtomobil yolu kəndi iki hissəyə ayırır. Kənddə qaz, işıq və su daimidir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kəndin 50-dən artıq sakini yaxınlıqda fəaliyyət göstərən “Slavyankamineral sular zavodunda işləyir.

Aparılan aqrar islahatlar nəticəsində kəndin 1260 nəfər əhalisi pay torpaqları ilə təmin edilib. Bu torpaqlarda əsasən kartof, kələm, çuğundur və digər bostan bitkiləri yetişdirən kənd sakinləri istehsal etdikləri məhsulları bəzi halda elə sahədə, bəzi halda isə bazarlarda satmaqla qış mövsümündə dolanışıqlarını təmin edirlər. Taxıl əkənlər də çoxdur. Xüsusilə mal-qara saxlayanlar taxılçılığın inkişafına maraq göstərirlər. Bu il 320 hektar əkin sahəsində bol taxıl yetişdirən kənd sakinləri hər hektardan 27 sentner məhsul götürüblər ki, bu da heyvandarlığın yem bazasının təminatında əsas məsələdir. Yay aylarında rayona gələn turistlərin çox hissəsi bu kənddə istirahət etməyə üstünlük verirlər. Kəndin ərazisində “Aşağı narzan”, “Yuxarı narzan” və “Şırxan” ailəvi istirahət mərkəzlərinin yerləşməsinə baxmayaraq, turistlər iqtisadi cəhətdən sərfəli olan yaşıl kənd turizminə daha çox üstünlük verirlər. Slavyankada təkcə yay mövsümündə 4 mindən artıq turistin dincəldiyini bildirən bələdiyyə sədri onu da əlavə etdi ki, hər il ev sahibləri mövsüm başlamazdan əvvəl hazırlıq işlərinə başlayırlar. Evləri təmir edir, yatacaq yerlərini təzələyir, həyət-bacaya əl gəzdirirlər. Nəticədə istər yerli, istərsə də xarici turistlər bu kəndə böyük həvəslə gəlirlər. Qeyd edək ki, bir turistin bir günlük qalma xərci 10-30 manat arası dəyişir.

 

İlham Əliyevlə görüşün təəssüratı unudulmazdır

 

Kənd bələdiyyəsinin sədri Firudin Məmmədov Slavyanka kəndi haqqında maraqlı fikirlər söylədi. Dedi ki, bu kənd 1837-ci ildə Rusiyanın Tavriya şəhərindən bura sürgün olunan ruslar tərəfindən salınıb. Dini inanclarına görə duxobor olan bu insanlar birbaşa Allaha sitayiş etdiklərindən hər hansı “Allah evideyilən məbədləri yoxdur. Onlar ildə bir dəfə duxobor günü münasibətilə dini ayinlər icra edirlər.

Kənddə rusların yaşadıqları evlər demək olar ki, bir-birinə bənzəyir. Rusiyanın kəndlərində mövcud olan evlərə bənzəyən bu evlər o qədər təmtəraqlı olmasa da,  sakinlərinin rahatlığını təmin edir. Həyət-bacada toyuq-cücə mal-qara saxlayır, çox da böyük olmayan həyətyanı torpaq sahələrində mer-meyvə yetişdirirlər ki, bunun da bir hissəsindən özləri istifadə edir, qalanını isə satırlar.

Kənddə iki rus qəbiristanlığı var. Onlardan biri qədim, digəri isə yeni salınıb. Bu yaxınlarda kənd bələdiyyəsinin maliyyə dəstəyi ilə qəbiristanlıqda abadlıq işləri görülmüş, ətrafına hasar çəkilmişdir. Köhnə qəbiristanlığın girəcəyində bir daş qoyulmuşdur. Daşın üzərində rusların bu əraziyə köçürülməsinin tarixini bildirən yazı da həkk olunub.

Ərazidə bir neçə alban abidəsi mövcuddur ki, bu da çox-çox əvvəllər bu ərazilərdə yaşayışın olduğuna işarədir. Turistlər bu kənddə dincələn zaman Gədəbəyin tarixi yerləri ilə yanaşı, həmin abidələrə ekskursiyalar təşkil edirlər.

Slavyankanın iki yerində mineral su çıxır. Hər ikisi narzan adlandırılsa da, bu suların tərkibi bir-birindən fərqlənir. Yuxarı narzan suyunun tərkibi dəmirlə, aşağı narzanın tərkibi isə yod xromla zəngindir.

Slavyankalılar üçün bir neçə unudulmaz anlar olub. Onlardan biri 10 il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə bu kənddə olması, kənd sakinləri ilə səmimi söhbətlər etməsidir. Ölkə başçısının keçirdiyi görüşlər zamanı rus icması üzvlərinin arzu təkliflərini dinləməsi indi xoş anlar kimi xatırlanır.   

 

Slavyankalılar Azərbaycan Ordusunda layiqincə xidmət edirlər

 

Kənddə olarkən eşitdik ki, Denis Şaxov Azərbaycan Ordusunda hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb. Biz onunla görüşə getdik. Bu münasibətlə bütün kənd sakinləri Strelyayevlər ailəsinə gözaydınlığına gəlirdilər. Evdə açılmış şirniyyat masasında rus Azərbaycan mətbəxinin nemətləri  düzülmüşdü. Söhbət zamanı Denisin nənəsi Mariya Strelyayeva dedi ki, bizim bütün məclislərimiz, el şənliklərimiz, bayramlarımız beləcə keçir. Heç vaxt kənd sakinləri arasında ayrı-seçkilik olmur. Xeyirimiz , şərimiz birlikdə keçir. 

Mariya Strelyayeva söhbət zamanı onu da qeyd etdi ki, 1969-cu ildə bu evə gəlin gəlib. İvan Strelyayevlə ailə qurub. Bu ailəlikdən 3 övladı olub. İndi onların üçü də xoşbəxtdir. Dolanışıqları da pis deyil. Dövlətin onlara təmənnasız verdiyi 1 hektar 2 sot torpaq sahəsini əkib-becərib, bol məhsul yetişdiriblər. Bundan başqa, yay aylarında evlərində turistlər də saxlayırlar ki, bu da onların maddi vəziyyətlərini xeyli yaxşılaşdırır. Xarici turistlər onların evlərinə daha çox maraq göstərirlər. Keçən il Kanadadan onların evinə gələn turistlərdən ağızdolusu danışan Mariya nənə onu da söylədi ki, onları vaxtilə bu kənddə yaşayan bir nəfərin nəvəsi gətirmişdi və o, kənd haqqında ata-babalarından eşitdiklərini digər qonaqlara həvəslə danışırdı.

Bir il altı ay hərbi xidmət edən Denis Şaxovun ordumuz haqqında təəssüratları daha zəngin oldu. Azərbaycan Ordusunun çox güclü olduğunu, ən müasir silahlarla təchiz edildiyini, eləcə də xidmət edənlərdə böyük ruh yüksəkliyi yaşandığını söyləyən Denis onu da vurğuladı ki, hazırda Ermənistan silahlılarının işğal etdikləri Azərbaycan torpaqlarını azad etmək üçün hər cür imkan və şərait var. Hərbçilərimiz ancaq Ali Baş Komandanın əmrini gözləyirlər. Güclü ordusu, vətənpərvər insanları olan torpaq isə heç vaxt işğalda qala bilməz.

Beynəlmiləl ailənin xoşbəxt həyatını yaşayanlar Slavyanka kəndində beynəlmiləl ailələr çoxdur. Onlardan biri də Nüsrət kişinin ailəsidir. O, 1961-ci ildə Yevdokiya ilə ailə qurub. Bu ailəlikdən bir oğlanları və bir qızları olub. Qızları İzabella da, oğlanları Suliddin də evlidirlər. Nüsrət ömrü boyu sürücülük edib. Hazırda təqaüddədir. Yevdokiya isə əkin-biçinlə məşğul olub. Yaşı yetmişi haqlayan ağbirçək rus qadınına - “Özünüzü xoşbəxt hesab edirsinizmi” sualı ilə müraciət edəndə, gülümsəyərək belə cavab verdi: “Əlbəttə, həyat yoldaşımın da, kənd sakinlərinin də mənə münasibəti isti olub. Sevinirəm ki, övladlarım da vətənpərvər və zəhmətsevərdirlər. Bir qadının xoşbəxtliyi üçün isə bütün bunlar kifayət edir”.

Kənd bələdiyyəsi ilə rus icması arasında qurulmuş əlaqələr müsbət nəticələr verir. Təkcə son 3 ildə kəndarası yollar təmir edilmiş, 1 və 2 nömrəli məktəblərə içməli su xətti çəkilmişdir. Bu günlərdə isə Slavyankadakı Azərbaycan qəbiristanlığında abadlaşdırma işlərinə başlanacaq. Ümumiyyətlə, hər iki qurumun birgə fəaliyyəti nəticəsində çoxlu sayda tədbirlər həyata keçirilir. Xüsusilə kənddə toy şənliyi və yas mərasimlərinin keçirilməsində həm bələdiyyə, həm də icma yaxından iştirak edir.

Hərdən axşam olanda kənddən musiqi sədaları ətrafa yayılır. Burada yaşayan ruslardan ibarət “Folklor” ansamblı azərbaycanlıların musiqi kollektivləri ilə birgə hazırladıqları konsert proqramı ilə çıxış edir, sakinlərə maraqlı istirahət anları yaşadırlar. Milli paltarlarda çıxış edən rusların çıxışları zamanı bütün kənd əhalisi rəqs edir, qədim rus mahnılarına qulaq asırlar. Belə gecələrdə çıxış edən ağsaqqallar onlara bu şəraiti yaradan ölkə başçısı İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya minnətdarlıq edirlər. 

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 24 iyul.- S.1-5.