Nataliya Nikolayeva: Qəbələ, İsmayıllı və Şəkidəki yay məktəbindən xoş xatirələrlə ayrılacağam

 

 Mən Qəbələdə keçirilən beynəlxalq yay məktəbində iştirak etmək üçün Rusiyadan gəlmişəm. Bir neçə gün ərzində Azərbaycanın rayonlarına səfər edərək burada çox məlumat əldə etdim. Hər gün multikulturalizmlə bağlı tədbirlərdə iştirak edərək bu sahədə daha da maariflənirik, tarixi abidələrə səyahət edirik, turizm obyektlərində dincəlirik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi bu günümövzusunda beynəlxalq konfransda Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli dini dəyərləradlı III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edən rusiyalı gənc Nataliya Nikolayeva deyib. O, Azərbaycanda 2016-cı ilinMultikulturalizm ilielan olunmasını çox sevindirici hal hesab edib. Sizin ölkədə müxtəlif dinlərə mənsub fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban sülh şəraitində birgə yaşayırlar. Yay məktəbinin iştirakçıları ilə birgə Nic qəsəbəsində müsəlmanlar xristianların necə dostluq şəraitində yaşamasının şahidi oldum. Biz orada udilərin toy mərasimində iştirak etdik maraqlı adətlərlə tanış olduq. Bu da mənim üçün çox xoş oldu. Nic tolerantlığın kiçik modeli kimi bütün dünyaya nümunədir”, - deyə N.Nikolayeva vurğulayıb.

Nataliya Nikolayeva Qəbələ, İsmayıllı Şəkinin ona xoş təəssürat bağışladığını yay məktəbindən maraqlı xatirələrlə ayrılacağını deyib: “Sabah biz Oğuza, sonra isə Bakıya səfər edəcəyik. Burada müxtəlif ölkələrdən olan çoxlu dostlar qazandım. Rusiyaya qayıdanda tələbə yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm. Mən elə bilirdim ki, Rusiyanın şəhərlərindən müasir və gözəl yer yoxdur. Amma gördüm ki, Qəbələnin tam başqa cür əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailə üzvlərimlə birgə yenə bura gəlim”.

 

Azərbaycan.- 2016.- 26 iyul.- S.4.