Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri  haqqındaAzərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 282

 

¹ 282                                    Bakı şəhəri, 22 iyul 2016-cı il

 

 

AzərxalçaAçıq Səhmdar Cəmiyyətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının 6.4.2-ci yarımbəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 6, maddə 588, N 10, maddə 934; 2014, N 7, maddə 912; 2016, N 4, maddə 789) 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın 1-ci hissəsi ləğv edilsin.

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Azərbaycan.- 2016.- 31 iyul.- S. 2.