VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konsertləri tamaşaçı rəğbəti qazanıb

 

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının solisti, bir çox beynəlxalq müsabiqələrin qalibimusiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokalpiano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Dövlət TeleviziyaRadiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.ŞopeninFantaziya”, S.RaxmaninovunEtüd”, “Prelüd”, A.SkryabininPoema”, Niyazinin “Vətən nəğməsi”, M.MaqomayevinOdlar Yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan Xuraman Qasımovaların ifasında Azərbaycan Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.

Hər iki konsert yerli xarici musiqisevərlərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

 

 

Azərbaycan.- 2016.- 31 iyul.- S. 6.