Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün həştərxanlılar adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Biz xalqlarımızın tarixi dostluğunu yüksək qiymətləndirir və Azərbaycan xalqının bu bayram sevincini ürəkdən bölüşürük. Əminik ki, Azərbaycan Respublikası ilə Rusiyanın Həştərxan vilayəti arasında qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərlə fəal surətdə davam etdirəcək, ölkələrimizin çoxşaxəli əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi-qəlbdən gözəl bayram ovqatı, cansağlığı, xoşbəxtlik və vətənin rifahı naminə fədakar əməyinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

 Aleksandr JİLKİN,

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

Mədəniyyət.- 2016.- 1 iyun.- S. 4.