Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da davam edəcək.

Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.

Hörmətlə, qardaşınız

 Məhəmməd Uld Əbdüləziz

Mavritaniya İslam Respublikasının Prezidenti

Mədəniyyət.- 2016.- 1 iyun.- S. 3.