Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

28 May - Respublika Günü ölkənizin tarixində çox əlamətdar hadisədir. Məhz 1918-ci ilin həmin may günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu gün çiçəklənən ölkəyə çevrilib. Bu uğurların qazanılmasında Sizin mühüm rolunuz əvəzsizdir. Akademiyamız yaradıcılıq layihələrinə təşəbbüslərinə Sizin diqqət qayğınızı, həmçinin mədəniyyətin, incəsənətin ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinizi yüksək dəyərləndirir.

Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizi Sizin şəxsinizdə bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirik.

Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər, xoşbəxtlik, sülh rifah diləyir, bütün niyyətlərinizin təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayırıq.

Hörmətlə,

 Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.