Omanın Sultanı Qabus bin Səiddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınızRespublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf rifah arzu edirəm.

Hörmətlə,

 

Qabus bin Səid

Omanın Sultanı

Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.