Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının adından şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Müsəlman Şərqində qurulan ilk respublika olaraq türk dünyasına zəngin irs bəxş etmiş bu il yaradılmasının 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik uğurlu rəhbərliyi nəticəsində siyasi, iqtisadi mədəni sahələrdə aparıcı dövlətlərdən birinə çevrilərək dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir.

Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətlər arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfəni çox yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar qardaş Azərbaycan xalqına sülh, tərəqqi firavanlıq arzu edirəm.

Yüksək hörmət ehtiramla,

 

Jandos Asanov

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi

Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.