BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdüləziz Al-Nasserdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan ilə sıx əlaqələrdən çox məmnundur.

Ötən ay gözəl Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə Sizə Alyansımız adından və şəxsən öz adımdan minnətdarlığımı çatdırıram. Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə təşəkkür edirəm.

Forumun müvəffəqiyyəti mədəniyyətlərarası dialoqun, tolerantlığın və qarşılıqlı anlaşmanın qlobal platformada yayılmasını təmin etdi. Qarşılıqlı anlaşmanın, tolerantlığın və dialoqun gücləndirilməsinə verdiyiniz dəstəyi alqışlayıram.

Cənab Prezident, əlamətdar bayramRespublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm.

Hörmətlə,

 

Nassir Abdüləziz Al-Nasser

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi

Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.