Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yunanıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə şəxsi rifah, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Prokopis Pavlopulos

Yunanıstan Respublikasının Prezidenti

Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.