Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycanın milli bayramıRespublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Kolinda Qrabar-Kitaroviç

Xorvatiya Respublikasının Prezidenti

Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.