Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir

Azərbaycanda hökm sürən multikulturaltolerant mühitin, ideoloji prinsiplərin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Bizbu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 1-də Ağdaş rayonundaMultikulturaltolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlikmövzusunda keçirilən regional konfransda səsləndirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon rəhbərliyi, hüquq mühafizə orqanları əməkdaşları, dini icma rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin iştirak etdiyi tədbirdə dini ekstremizmradikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Konfransda çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl İsmayılzadə ölkəmizdə azsaylı xalqların və müxtəlif dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildirib. Qeyd edilib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.

Qeyd olunub ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü bariz şəkildə göstərir və bunun nəticəsində etnik, dini nifrət hissi mövcud deyil. Həyata keçirilən uğurlu daxilixarici siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan olunduğunu xatırladan Mübariz Qurbanlı bildirib ki, bu, Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirir. Diqqətə çatdırılıb ki, çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir.

Konfransda Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində də fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan.- 2016.- 2 iyun.-  S. 5.