Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Vizasisteminin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Vizasistemini yaratsın və onun idarə olunmasını təmin etsin;

1.2. “ASAN Vizasistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. “ASAN Vizasistemi vasitəsilə aşağıdakılar təmin edilir:

2.1. elektron viza alınması üçün əcnəbinin ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Vizasistemi vasitəsilə müraciət etməsi;

2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Vizasisteminə daxil edilməsi;

2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Vizasistemi vasitəsilə elektron qaydada ödənilməsi;

2.4. elektron vizanın üç günü müddətində verilməsi;

2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

2.6. “ASAN VizasistemininGiriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi dövri statistik hesabatların hazırlanması.

3. Müəyyən edilsin ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “ASAN Vizasistemi vasitəsilə elektron vizanın üç günü müddətində verilməsinə ciddi riayət etsin;

4.2. vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.3. elektron viza verilməsinin yeni qaydaları “ASAN Vizasisteminin yaradılması barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. “Giriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası:

5.1. “ASAN VizasistemininGiriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi iləSərhədkeçməyə məhdudiyyətinformasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin aktuallığının təmin edilməsi üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “ASAN Vizasisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etsin növbəti illərin dövlət büdcəsi layihələrində “ASAN Vizasisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə tutsun.

7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

7.1. “ASAN Vizasisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

7.2. “ASAN Vizasisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi elektron viza verilməsinin yeni qaydaları “ASAN Vizasisteminin yaradılması haqqında məlumatın nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 1 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 2 iyun.- S. 5.