Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, mədəniyyət, incəsənət və  jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının  fəxri adları verilsin:

 “Əməkdar elm xadimi

 Məmmədov Əmirullah Məmmədəli  oğlu

 “Əməkdar jurnalist

 Bağıyeva  Mətanət Nəbi qızı

Məmmədov Nizami Zilli oğlu

 Əməkdar rəssam

 Zeynalov Yaşar Ələkbər oğlu

Səmədov Asim Rəsul oğlu

 Əməkdar artist”

 İsmayilova Elnarə Telman qızı

Manafov İslam Atabala oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2016-cı il

 Azərbaycan.- 2016.- 3 iyun.- S. 2.