Geniş tərkibdə görüş

İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Hörmətli Baş nazir, ilk növbədə, Sizi bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə Azərbaycan xalqı adından bir daha ürəkdən təbrik edirəm. Sizə bu məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram.

Biz indi Sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək möhkəmləndirməkdir. Biz həm siyasi, iqtisadi, nəqliyyat sahələrində həm bütün başqa sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Görüləcək işlər var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir şadam ki, vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını qeyd edəcəyik.

Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız, dövlətlərimiz həm bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir. Mən şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz, yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar bütün lazımi danışıqları aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz.

 

X X X

 

Türkiyə Respublikasının Baş naziri Binəli YILDIRIM dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli nazirlər.

Bu gün artıq Türkiyə Respublikası üçün bir ənənə halı alan səfəri həyata keçiririk. Türkiyədə yeni hökumət qurulduğu zaman Baş nazirin ilk işi Şimali Kiprə, ondan dərhal sonrabir millət, iki dövlətolan qardaş Azərbaycana səfər etməkdir. Bu baxımdan mən yoldaşlarımla birlikdə bu səfəri həyata keçiririk. Bu səfər zamanı dost qardaş Azərbaycanda Sizdən gördüyümüz bu gözəl, mehriban qarşılanma, ev sahibliyi üçün təşəkkür edirik.

 

X X X

 

Baş nazir Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Türkiyə arasında enerji layihələri, o cümlədənCənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin həyata keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional əməkdaşlıq qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan.- 2016.- 4 iyun.- S. 4.