“ÜNS” Yaradıcılıq Səhnəsi tanınmış teatr rejissoru Roman Viktyukun qeyri-adi yaradıcılıq gecəsini keçirib

Xəbər verdiyimiz kimi, mayın 31-dən iyunun 1-dək Roman Viktyukun teatrı “ÜNS” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyasında “Çəkməli pişik” və dramaturq Pavlo Ariyenin Çernobıl AES zonasında ekoloji fəlakətdən sonra adi insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşalarını böyük müvəffəqiyyətlə təqdim edib.

AZƏRTAC xəbər verir ki, iyunun 2-də “ÜNS” Yaradıcılıq Səhnəsində Roman Viktyuk ilə görüş olub.

Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək Roman Viktyukun yaradıcılıq gecəsi anşlaqla keçib. Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət, incəsənət, elm və təhsil nümayəndələri iştirak ediblər.

Tanınmış teatr rejissoru, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Ukraynanın və Rusiyanın Xalq Artisti Roman Viktyuk sanki bir göz qırpımında keçən iki saatlıq gecə ərzində yaradıcılıq bioqrafiyasının maraqlı xatirələrini tamaşaçılarla bölüşüb, gecəyə qatılan insanlarla səmimi ünsiyyətdə olub, onların suallarını cavablandırıb.

Qonaqlara Roman Viktyukun yaradıcılığından videofraqmentlər təqdim edilib.

Roman Viktyukun Daniil Harmsın povesti əsasında “Qarı” monotamaşasındakı möhtəşəm aktyorluq məharəti tamaşaçılar üçün sürpriz olub.

Əgər XX-XXI əsrlərdə dünya teatrının tam tarixivaxtsa nəşr olunsa, əsas fəsillərdən biri mütləq Roman Viktyuka həsr ediləcək. Yeni inqilabi teatr üslubunun banisi. Köhnə ənənələri dağıdan və yenilərini yaradan ustad. Postmodern incəsənətinin mütləq klassiki. Əfsanəvi adam. Qalmaqallı adam. Məhəbbət dolu adam. Nur saçan adam. Qalaktika-adam.

Vsevolod Meyerxoldun, Aleksandr TahirovunNikolay Yevreinovun qeyri-məişət teatrının ənənələrinin ən mahirdürüst davamçısı. XX əsrin bədii təcrübəsi əsasında tamaşa hazırlanmasının və aktyorların səhnədə mövcudluğunun özünəməxsus irrasionalenergetik prinsiplərini işləyib hazırlayan böyük rejissor. Teatr institutlarının icbari proqramına çoxdan və əsaslı daxil olan prinsiplər, eləcə də özlərini buya digər dərəcədə onun yetirmələri sayan bir çox tanınmış rejissorların müəllif dəsti-xətti.

Bütün zəmanələrin dahi müəlliflərinin işıq və enerjisinin keçiricisi və yayımlayıcısı. Tamaşaçıya çox vaxt özühiss etmədən daxilində kök salan bütün komplekslərini başa düşməsinə və onlardan qurtulmasına kömək edən rəssam.

Roman Viktyukun rejissorluğuna laqeyd yanaşmaq mümkün deyil. Onu ya qəbul etməmək (daha doğrusu başa düşməmək), ya da növbəti premyerasına baxmaq üçün aylarla bilet dalınca sürünmək, tamaşadan sonra isə pərdə arxasına keçib səxavətlə tamaşaçı ilə bölüşdüyü teatr möcüzəsinə görə ona şəxsən təşəkkür etmək olar. O, uzun sürən rejissorluq fəaliyyəti dövründə dünyada 200-dən çox tamaşa qoyub, bir çox böyük aktyor və müəlliflərlə işləyib. Onu hər yerdə sevir və gözləyirlər!

Yaradıcılığı boyu hər növ riyakarların ona qarşı irəli sürdükləri növbənöv ittihamları sayıb qurtarmaq mümkün deyil. Onlar hətta ustadın televiziya ekranından sadəcə parlayan xumar gözlərini görəndə əsəbləşirlər: “Yenə də bu Viktyuk! Bununla bacarmaq mümkün deyil! Yenə də o!”. O isə yalnız xəfif gülümsəyərək, yolverilməz söz burulğanını növbəti dəfə xüsusi nəşə ilə tamaşaçı salonuna ünvanlayaraqBu, sizin hətta özünüzə etiraf etməyə cəsarət etmədiyiniz kompleks və fobiyalarınızdır!” deyir. Yenə də tamaşaçısını bu kompleksfobiyalardan xilas edir. Bunu bəzən hətta zor gücünə edir.

O və yenə də o. Ustad. Müəllim. Parlaq və özünəməxsus. Qalmaqallı və dəlisov. Sanki ovuc içi kimi görünür, amma heç kim tərəfindən axıradək başa düşülməyib. Müəmmalı. Müstəsna. Maestro, sizin çıxışınızdır!

Budur o, sizin qarşınızdadır. Altdan qara və ipək, üstdən qara və dəri libasda. Qara eynəkdə, yaxud onsuz. Roman Qriqoryeviç, ixtiyar sahibisiniz. Bəlkə də ağlasığmaz əlvan ipək pencəkdə.

Müxtəlif və bir-birinə bənzəməyən bütün tamaşalarında o, həmişə bir əsas meyarı - Məhəbbəti təbliğ edir. Bu, məhz həmin universal sirdir ki, açmağa nə qədər çalışsan da sirr olaraq qalır.

Gecənin sonunda Roman Viktyuk Azərbaycanın gözəl paytaxtına növbəti dəfə gəlmək və öz sənətini bakılılara təqdim etmək fürsətinə görə “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib.

Professor Nərgiz Paşayeva səmimi sözlərə görə təşəkkür edərək deyib:

- Roman Qriqoryeviç, XX əsrin ikinci yarısında insanların şüurunda inqilab edən əlli şəxsiyyətdən biri sayılan teatr sehrbazı, böyük estetböyük ustaddır. Ən adi qadın da ustadın yanında özünü azacıq Marqarita hesab edir. Roman Qriqoryeviç, mən də Sizinlə, Sizin yaradıcılığınızla tanış olduğum bütün bu illər ərzində həmişə özümü sizin yanınızda azacıq Marqarita hiss etmişəm. Səhnə böyük qüvvədir. Səhnə var, həyat da var. Siz həm səhnədə böyük ustad, həm də həyatda böyük insansınız! Bu səadət hər kəsə nəsib olmur. Siz saxtakarlıqdan və gizli mətləblərdən uzaq çox səmimi və dürüst ustadsınız. Gizli mətləbiniz var, amma o bədiidir. Obrazlarınız var, amma bu obrazlar uydurulmuş olsa da, səmimi və həqiqidirlər. Siz başdan-ayağa busunuz. Mən sizi çox sevirəm və Bakıya gəldiyinizə, şəhərimizin, teatrımızın, doğma və əziz tamaşaçılarımın həyatında iştirak etdiyinizə görə Sizə minnətdaram.

Gecə Roman Viktyukun teatrının aktyoru İqor Nevedovun improvizə edilmiş çıxışı ilə başa çatıb. O, Sergey Yeseninin “Əlvida, Bakı!” şerini ürəkdən oxuyub.

Roman Viktyuk teatr səhnəsinin Maestrosunu gurultulu alqışlarla qarşılayan, onu gül-çiçək yağışına qərq edən tamaşaçılarla çox mehriban vidalaşıb. Ona tamaşaçı məhəbbətini bu sözlərlə ifadə etmək olar: “Biz sizi yenə də Bakıda gözləyirik!”.

Azərbaycan.- 2016.- 4 iyun.- S. 14.