Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri 5 İyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə “Hyatt Regency Baku” otelində “Azərbaycanın su təsərrüfatı və meliorasiya kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin ideyaları ilə bağlıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov əhalinin içməli su ilə təminatında, kənd təsərrüfatının inkişafında infrastruktur layihələrinin əhəmiyyətindən danışdı, görülən işlərin önəmini vurğuladı. Bildirdi ki, infrastruktur layihələri arasında su ilə təchizat xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə uğurlu addımlar atılmaqdadır. Lakin qarşıda hələ görüləsi işlər çoxdur. Əminəm ki, bütün işlər uğurla yerinə yetiriləcəkdir.

Sonra Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlarmedallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxudu.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiyasu təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. Qeyd olundu ki, Azərbaycanda meliorasiyasu təsərrüfatının genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılıb. 1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrılıb. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidənqurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunub, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradılıb. Bu illər ərzində Araz çayı üzərində Araz su anbarı su-elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı MilYeni Xan qızı kanalları, Naxçıvan Muxtar Respublikasında Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Jaqar-Jibir magistral kanalı, Şamaxı rayonunda Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verilib.

Bildirildi ki, 1976-1982-ci illərdə meliorasiyasu təsərrüfatı sahəsinə ayrılan vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artıb, 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulub, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verilib, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılıb, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparılıb. Bu dövrdə Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, Madagiz su anbarı, Naxçıvan MR-də Arpaçay su anbarı, Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilib. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artıb.

Ə.Əhmədzadə diqqətə çatdırdı ki, 1993-cü ildə gərgin siyasi durumun, iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiyasu təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi. Ulu Öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldildi.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri bildirdi ki, Ulu Öndərin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti və yaxından köməyi sayəsində bir çox layihələr başa çatdırılıb və ya hazırda uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılıb. Görülən işlər barədə ətraflı məlumat verən Ə.Əhmədzadə qeyd etdi ki, həyata keçirilən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 374 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb. Bütün suvarma mənbələrindən 8,6 milyard kubmetr su götürülübsu istifadəçilərinə 6 milyard kubmetr su verilib. Hazırda respublikanın su anbarlarında 16 milyard kubmetr su yığılıb ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaq. Sudan istifadə planına əsasən, 2016-cı ildə, ümumilikdə, 1 milyon 380 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulub. İyunun 1-nə 551 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılıb.

Ə.Əhmədzadə bildirdi ki, Prezidentin Sərəncamı ilə ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikanın əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonunun 148 yaşayış məntəqəsinin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 150 subartezian quyusunun qazılması nəzərdə tutulub. Hazırda onların qazılmasına hazırlıq işləri aparılır.

Qeyd olundu ki, Neftçala magistral kanalının, Yuxarı Mil kanalının, Şəmkir maşın kanalının 2-ci növbəsinin, Şəmkirçay su anbarı zonasında paylayıcı kanalların tikintisi, Sabirabad rayonunda “H” kanalının yenidən qurulması işləri davam etdiriləcək, Sabirabad və Biləsuvar rayonlarının ərazilərində yerləşən az məhsuldar qış otlaqları sahələrində meliorativ tədbirlərin aparılmasına başlanılacaq. Eyni zamanda, Türyançay və Əlicançay çaylarında su anbarları tikintisinin layihə sənədləri hazırlanacaq.

Sonra çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, bəzilərinin isə hazırda davam etdirildiyini bildirdi. Ulu Öndərin bu sahəyə diqqət və qayğısından danışan “Azərsu” ASC-nin sədri dedi: “1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra digər sahələr kimi su təchizatı sektorunda da dönüş yaranmışdır. Hakimiyyətə gəldiyi ilk gündən Abşeron yarımadasının içməli su probleminin həllini diqqətdə saxlayan Ulu Öndər problemlərin bir çoxunu qısa müddətdə həll etməyə nail ola bildi. Yüksək idarəçilik qabiliyyətinə malik, iqtisadiyyatın bütün sahələrindən məlumatlı olan görkəmli dövlət xadimi Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı SSRİ rəhbərliyi qarşısında həlli vacib məsələlər qaldırdı. Bunun nəticəsi olaraq, Kür sutəmizləyici qurğularının və Kür-Bakı magistral su kəmərinin inşası ümumxalq tikintisinə çevrildi, 30 aya görülməli olan işlər 4 aya başa çatdırıldı. Beləliklə, 1972-ci ildə yekunlaşması planlaşdırılan layihənin açılışı 1970-ci il sentyabrın 27-də reallaşdı. Nəzərə almaq lazımdır ki, həmin illərdə ayrı-ayrı respublikalarda belə böyük layihələrin gerçəkləşməsi ittifaq rəhbərliyinin iradəsindən asılı olan məsələ idi. Məhz Ulu Öndərin nüfuzu və qətiyyəti sayəsində bu layihənin maliyyə, materialtexniki təminatı ilə bağlı məsələlər operativ şəkildə həllini tapdı. Kür su kəmərləri sisteminin birinci növbəsinin işə salınması Abşeronda içməli su çatışmazlığını tam aradan qaldırmağa imkan vermədi. Bu sahədə qazanılmış zəngin təcrübədən yararlanan inşaatçılar cəmi bir il sonra - 1971-ci il sentyabrında Kür su kəmərlərinin ikinci xəttini işə salmağa müvəffəq oldular. Paytaxtda yeni yaşayış massivlərinin salınması, sənayenin sürətli inkişafı yarımadada içməli suya olan tələbatı sürətlə artırdı. Bunları nəzərə alan ulu öndər Heydər Əliyev Abşerona əlavə su həcmlərinin gətirilməsi məsələsini qaldırır və bunun həlli üçün Kür su kəmərlərinin 2-ci və 3-cü növbəsinin tikintisinin sürətləndirilməsi, həmçinin Ceyranbatan sutəmizləyici qurğular kompleksinin genişləndirilməsi qərara alınır. 1978-ci ildə Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü növbəsinin işə salınması ilə bu mənbədə su istehsalı saniyədə 2,22 kubmetr artırıldı. Ulu Öndərin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanılmış Kür su kəmərləri sisteminin ikinci növbəsi isə mərhələlərlə 1984-cü, 1986-cı, 1988-ci illərdə təhvil verildi”.

Bildirildi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtması çox vacib məsələ olan su təchizatı probleminin həllinə yeni bir təkan verdi. 1990-cı illərin ortalarında təmin olunmuş siyasi sabitliyi nəzərə alan beynəlxalq maliyyə qurumları “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar məbləğində güzəştli kredit ayırdı. Həmin layihə çərçivəsində KürCeyranbatan sutəmizləyici qurğular komplekslərində əsaslı yenidənqurma işləri aparıldı, Bakı şəhərində 400-dən çox nasosxana tikildi və təmir olundu, xüsusi texnika və avadanlıqlarla təmin edilmiş istehsalat bazaları yaradıldı.

Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılmasında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də böyük dövlət xadimi Heydər Əliyev olub”, - deyən Q.Hüseynov bildirdi ki, 2007-ci ildə tikintisinə başlanmış və 2010-cu ildə istismara verilmiş Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük infrastruktur layihəsidir və Bakı şəhərinin fasiləsiz içməli su təchizatının təmin edilməsində böyük rol oynayır. Kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında stabillik yaranıb və fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi 79 faizi keçib.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb və bu istiqamətdə real işlərə başlanılıb. Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi 2015-ci ildə yekunlaşıb. Kompleksin istismara verilməsi, həmçinin Ceyranbatan-Zirə magistral su kəmərinin inşası yarımadanın şərq hissəsində yerləşən qəsəbələrin və bağ yaşayış massivlərinin su təminatının yaxşılaşdırılmasını şərtləndirib, eyni zamanda Qala, Türkan, Zirə, Pirallahı qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib.

Ötən müddətdə Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 37 Şərq və 82 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin olunub.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsinin Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun bir hissəsinin su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaratdığını vurğulayan Q.Hüseynov dedi ki, bu imkandan istifadə edərək Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsinin istismara verilməsi ilə Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri keyfiyyətli və dayanıqlı su ilə təmin olunub. Bu mənbədən Salyan şəhərinə suyun verilməsinə hazırlıq görülür. Kür sutəmizləyici qurğular kompleksindən çəkilmiş 62 kilometr uzunluğunda magistral kəmər Sabirabad və Saatlı şəhərlərinin içməli su problemini həll edib. Ölkə rəhbərliyinin tapşırığına əsasən, layihələrin icra edildiyi 43 şəhərin 14-də sukanalizasiya, digər 8 şəhərdə isə su təchizatı sistemlərinin inşası yekunlaşıb. Suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya da yaradılıb və beynəlxalq akkreditasiyadan keçib. Artıq səyyar laboratoriyalardan istifadə olunmaqla istənilən ərazidə və şəraitdə analizlərin aparılması, su mənbələrinin ilkin tədqiqi təmin edilib.

Digər məruzələrlə davam edən elmi-praktik konfransda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Konfransın sonunda Azərbaycan MeliorasiyaSu Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin fəaliyyətlərindən bəhs edən videofilm nümayiş etdirildi.

Azərbaycan.- 2016.- 5 iyun.- S. 7.