Meyvələr şahıdır, başında tac var

 

Görün hər budağı bəzənib necə,

Üstündə nə qədər ulduzlu gül var.

Yayın günəşindən nur içə-içə,

Hər biri payızda olacaqdır nar.

 

Tapmazsan, axtarsan bütün cahanı,

De, harda yetişir belə gözəl bar?

Onun şan-şöhrəti tutub hər yanı,

Meyvələr şahıdır, başında tac var.

 

Azı yüz əsrdir yol gəlir...onun,

İlahi bir ömür düşüb baxtına.

Minlərlə meyvələr dünyasında o,

Hələ sahibdir şöhrət taxtına. 

 

 Seyran CAVADOV,

Azərbaycan.- 2016.- 7 iyun.- S. 8.