Dünya azərbaycanlılarının güvənc yeri

 

Dünyadaregionumuzda baş verən hadisələr, xüsusən XX əsrdə dünyanı cənginə almış müharibələr, inqilablar, hərbi münaqişələr nəticəsində azərbaycanlıların bir qismi digər ölkələrə miqrasiya etmək məcburiyyətində qalıb. Kimisi öz yurd-yuvasından didərgin salınıb, kimisi deportasiyaya məruz qalıb, kimisi tapmaqya təhsil almaq məqsədilə doğma yurdu tərk edərək özgə məmləkətlərdə qərar tutub.

 

Heydər Əliyev azərbaycanlıların təşkilatlanmasını diqqət mərkəzində saxlayırdı

 

Uzun illər onların tarixi vətənlə əlaqələri olmasa da, 25 il əvvəl Azərbaycanın dövlətçilik ənənələrini bərpa edərək tarixinin müstəqillik mərhələsinə daxil olması xaricdə yaşayan azərbaycanlılar üçünyeni dövrün başlanğıcını qoydu. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq daha da möhkəmləndirdi və dinamik inkişaf yoluna çıxardı. Ölkəmizdə milli birliyin bərqərar olması ictimai-siyasi sabitliyin təmin edilməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların tarixi vətənlə əlaqələrinin güclənməsinə mühüm təsir göstərdi.

Bu mənada dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. O, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edibdiaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

Bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev qurultaydakı çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olub.

 

Prezident İlham Əliyev dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb

 

Qürur doğuran haldır ki, ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev də diasporlobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 13 ildə bu yöndə ardıcıl tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkib, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Cənab İlham Əliyevin sərəncamları ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının, 2011-ci il iyulun 5-də isə III qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələri kimi yadda qalıb.

Bütün bunlar diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkanlar verib. Belə ki, qurultaylarda Azərbaycan diasporunun vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxışlarında xaricdəki azərbaycanlılara və respublikanın müvafiq dövlət qurumlarına bu sahədə görülmüş işlərdə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə edib. Hər bir qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində daha mühüm işlər görülüb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ötən 13 ildə azərbaycanlıların diaspor hərəkatının gücləndirilməsi naminə həyata keçirdiyi fəaliyyət sistemli səciyyə daşıyıb. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

Müxtəlif illərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri ilə keçirdiyi görüşlərdə Prezident İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib.

Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi müstəqil Azərbaycanın həyatında tarixi hadisələrdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və həqiqətən də artıq ənənəvi xarakter alan dünya azərbaycanlılarının qurultaylarının əsas məqsədi, təbii ki, Azərbaycan xalqının milli maraqlarının müdafiəsi naminə dünyaya səpələnmiş soydaşlarımızın birləşdirilməsindən, təşkilatlanmasından, tarixi vətənlə əlaqələrin möhkəmləndirilməsindən, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsindən və əlaqələndirilməsindən ibarətdir. Bu istiqamətdə əsas məram milli birlik və həmrəyliyə nail olmaq idi ki, ötən müddət ərzində bu sahədə xeyli uğurlu addımlar atılıb. İstər I qurultayda ulu öndər Heydər Əliyevin, istərsə də sonrakı qurultaylarda Prezident İlham Əliyevin Azərbaycan diasporu qarşısında qoyduğu vəzifələr, verdiyi tapşırıqlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlərlə bağlıdır.

 

IV qurultay Azərbaycan diasporunun yaxşı təşkilatlandığını göstərdi

 

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan diasporu yaxşı təşkilatlanıb, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərmək, Azərbaycanın milli maraqlarını müdafiə etmək imkanları artıb. Xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın gücləndirilməsi, lobbi quruculuğu işindəki uğurlarımız qarşıya qoyulan məqsədlərə nail olmağın göstəricisi hesab edilə bilər.

İyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı bunun bariz təsdiqi oldu. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Onların arasında xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də vardı. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılmışdı.

Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, indiki qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi apardı, rəy və təkliflərini səsləndirdilər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər, onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında diaspor fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirdi, dünyada yaşayan azərbaycanlıların öz tarixi vətənləri ilə əlaqələrini heç vaxt kəsməmələrini tövsiyə etdi, onların xaricdəki təşkilatları arasında koordinasiyanın, həmrəyliyin vacibliyini, azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirakının əhəmiyyətini vurğuladı, biznes fəaliyyəti ilə məşğul olan soydaşlarımızı Azərbaycana sərmayə qoymağa dəvət etdi:Biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.

 

Bir cümlədə dörd dəfə yalan danışan Sarkisyan

 

Xalqımızın öz hüquqlarını suveren şəkildə reallaşdırması artıq dönməz xarakterə malikdirbu, hər bir həmvətənimizə müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə daha böyük nikbinliklə, inamla baxmağa əsas verir. Azərbaycan iqtidarının müəllifi olduğu möhtəşəm müvəffəqiyyətlər dünyanın hansı bölgəsində yaşamalarından asılı olmayaraq bütün soydaşlarımızın qəlbində böyük qüruriftixar hissləri doğurur. Onlar dünya azərbaycanlılarının tarixi vətəni olan ölkəmizlə bağlılıqlarını daha güclü hala gətirir, ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməyi fəaliyyətlərində prioritet istiqamətlərdən birinə çevirirlər. Təbii ki, bu istiqamətdə ən mühüm məsələlərdən biri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Təsadüfi deyil ki, IV qurultayın dünya azərbaycanlılarının daha da fəal olmaları üçün çox önəmli tədbir olacağını bildirən Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmasının vacibliyini önə çəkdi. “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük” deyən Prezident İlham Əliyev bildirdi ki, ermənilərin müxtəlif ölkələrdə xalqımıza qarşı apardıqları çirkin kampaniyanın qarşısının alınması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması diaspor təşkilatlarımız üçün əsas olmalıdır. Onlar fəaliyyət göstərdikləri ölkələrdə internet saytları açmalı, Azərbaycan reallıqları haqqında həqiqi informasiyalar yaymalıdırlar.

Dövlət başçısı apreldə cəbhə xəttində baş verənləri misal çəkdi. Həmin döyüşlərdə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan bu hadisələr barədə nə qədər yalan informasiya yaymağa çalışsa da, istədiyinə nail olmadı. Bütün siyasətçilər öz fikirlərində Azərbaycanın mövqeyindən çıxış etdilər. Heç Ermənistanın ənənəvi müttəfiqləri də onun tərəfini tutan və Azərbaycanın əleyhinə yönəlmiş bəyanat səsləndirmədilər. Bu da ondan irəli gəldi ki, Azərbaycan 1990-cı illərin əvvəlinin Azərbaycanı deyil. Artıq dünya birliyində güclü mövqeyimiz varsözümüz eşidilir. Ermənistan rəhbərliyi isə gah məğlub olmadıqlarını, gah itirilmiş ərazilərin əhəmiyyət kəsb etmədiyini deməklə, sonda isə bir neçə generalı vəzifəsindən azad etməklə, həbsə atmaqla özünü həm gülünc vəziyyətə saldı, həm də ifşa etdi. Ermənistan prezidenti S.Sarkisyan bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının tədbirində bu hadisələrlə bağlı danışarkən bir cümləsində dörd yalan işlətməklə növbəti dəfə özünü gülüş hədəfinə çevirib. Onun bu halını Prezident İlham Əliyev Dünya Azərbaycanlarının IV Qurultayında belə ifadə edib: “Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləqGinnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər”.

Dövlətimizin, xalqımızın milli mənafe maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşür. Onlar bu məsələdə daha məsuliyyətli olmalı, hər bir imkandan əsl həqiqətlərin yaşadıqları cəmiyyətə çatdırılması üçün istifadə etməlidirlər. Çünki Azərbaycan dünyada yaşayan hər bir azərbaycanlının, - hətta burada doğulmasa belə, - güvənc yeri, bütün soydaşlarımızın həmrəyliyinin əsası güclü dayağıdır. Məhz bu ölkə dünyada yaşayan bütün azərbaycanlıların müdafiəçisi qarantı rolunda çıxış edir.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2016.- 8 iyun.- S. 1;4.