Akademik Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və Diplomu ilə təltif olunub

Beynəlxalq Mühəndislik Akademiyasının vitseprezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

Azərbaycan.- 2016.- 8 iyun.- S. 7.