Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə MÜRACİƏTİ

Müasir dövrdə bəşəriyyəti və bütün planetimizin gələcəyini təhdid edən qlobal problemlərdən biri də nüvə təhlükəsizliyi qaydalarının etibarlı şəkildə təmin olunmamasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə real təhlükə mənbələrindən biri Azərbaycan sərhədlərinin yaxınlığında - Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış ekspertlərin rəylərində bu stansiyanın hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb olacağına dair ciddi narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan şəhərindən təxminən 40 kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin dayandırılması barədə çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq səviyyədə çalınan həyəcan təbilinə məhəl qoymur.

1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşmişdir. Zəlzələdən sonra böyük zərər görən stansiya bağlanmış, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşıladığına görə ətraf ərazilərdə 5 tektonik çatın mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən yenidən işə salınmışdır.

Şərqi Avropapostsovet məkanında inşa edilmiş 66 nüvə reaktorunun köhnə və etibarsız olmasına dair məsələ Avropa qurumları tərəfindən dəfələrlə qaldırılmış və Metsamor AES təhlükə mənbəyi olan həmin obyektlər sırasına aid edilmişdir. 2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın bağlanmasının vacibliyi açıq şəkildə bildirilmişdir. 2004-cü il iyunun 21-də Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) təqdim olunmuş qətnamə layihəsində göstərilmişdir ki, Metsamor AES dünyadakı atom elektrik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən stansiyalardan biridirseysmik cəhətdən çox aktiv olan bölgədə yerləşməkdədir. Bununla əlaqədar, Avropa İttifaqı tərəfindən bütün bölgə üçün təhlükə adlandırılan AES-in fəaliyyətinin dayandırılması məqsədilə 2004-cü ildə Ermənistan hökumətinə 200 milyon avro kredit ayrılması nəzərdən keçirilsə də, bu təklif 1 milyard avro vəsait tələb edən rəsmi İrəvan tərəfindən rədd edilmişdir.

2006-cı ildə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə yerləşməsi və qəza baş verəcəyi təqdirdə Azərbaycan hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı qeyd edilmişdir. Gürcüstan sərhədindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi 16 kilometr uzaqlıqda yerləşən Metsamor AES-də baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün hansı dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyildir.

İstər dünya, istərsə də Ermənistanın bir çox ekspertləri stansiyanın regionda ciddi nüvə, ekolojiiqtisadi təhlükə mənbəyi olması ilə bağlı dəfələrlə açıqlamalar vermiş, Metsamorqonşu ərazilərdə yaşayan Ermənistan vətəndaşları BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə şikayət məktubu ünvanlayaraq AES-in fəaliyyətinin dayandırılmasını və BMT-dən təcili tədbirlər görülməsini istəmişlər. Lakin Ermənistan dünya ictimaiyyətinin və öz vətəndaşlarının tələblərini qulaqardına vuraraq stansiyanın istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul etmişdir.

Narahatlıq doğuran əsas məsələlərdən biribundan ibarətdir ki, Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Bundan başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən nüvə və radioaktiv materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunmuşdur. Digər bir narahatlıq doğuran məqam isə Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğuna dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir. Bu isə öz növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri, o cümlədən BMT Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır.

Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə də Ermənistan ərazisində yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlərin görülməsinə çağırırıq. Bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağı vacib bilirik ki, bu stansiyanın fəaliyyəti bütün region üçün olduqca təhlükəlidir və ən qısa müddətdə ciddi addımların atılmasına ehtiyac var. Ümid edirik ki, beynəlxalq birlik regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək. Biz dünya dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə sadiq qalaraq regionda və planetdə təhlükəsizliyin təminatı, insanların qorxusuzrahat şəkildə yaşaması üçün bütün gücünü səfərbər edəcəyinə inanırıq!

 

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 4 iyun 2016-cı il.

Azərbaycan.- 2016.- 9 iyun.- S. 7.