Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 215

 

N 215                                     Bakı şəhəri, 7 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

AzərişıqAçıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 1, maddə 57, N 11, maddə 1417) ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 6.9-cu bəndinəAçıq Səhmdar Cəmiyyətisözlərindən sonraAzərişıqAçıq Səhmdar Cəmiyyətisözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

AZərbaycan.- 2016.- 10 iyun.- S. 5.