“Caspian Energy Award” “Caspian Business Award” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib

 

Bakıda XIII Beynəlxalq “Caspian Energy Award-2016” I Beynəlxalq “Caspian Business Award-2016” mükafatlarının təqdim edilməsi mərasimi təşkil olunub.

“Caspian Energy Award” “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər-Qara dəniz Baltik regionlarında iqtisadiyyatın inkişafına verilən töhfələrə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

Beynəlxalq “Caspian Energy Award” “Caspian Business Award” mükafatları Caspian European Club Caspian Energy International Media Group-un dəstəyi ilə keçirilir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Caspian European Club-un fəaliyyəti dövründə həm regionda, həm onun hüdudlarından kənarda böyük nüfuz qazandığını söyləyib. Novruz Məmmədov qeyd edib ki, “Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görənominasiyası üzrə mükafat Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili xarici siyasətin nəticəsidir.Tarixə səyahət etsək, Varşava müqaviləsinin qüvvədən düşməsindən sonra yaranan dövlətlər arasında öz daxili xarici siyasəti sayəsində Azərbaycanın həm beynəlxalq arenada, həm regionda böyük nüfuz sahibinə çevrildiyini görərik”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Novruz Məmmədov deyib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçiliyimizin prinsiplərini bu gün Prezident İlham Əliyev onun rəhbərliyi ilə dövlət hökumət qurumları uğurla davam etdirir. Bu mexanizmin bir hissəsi olaraq, biz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ADA Universiteti bu ali təhsil ocağının rektoru Hafiz Paşayevin adından mükafata görə Caspian European Club-a onun üzvlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu mükafat həm ADA Universiteti rektorunun uzun illər Azərbaycan naminə gördüyü xidmətlərin, həm universitetin son on ildə ölkənin təhsil sahəsində yeniliklər innovasiyalar tətbiq etməsinin nəticəsidir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı insan kapitalı olmadan baş verə bilməz. Bu baxımdan universitetin rolu onun biznes sektoru ilə əməkdaşlığı çox vacibdir. Hafiz Paşayev onun rəhbərlik etdiyi universitet bu istiqamətdə ölkədə nümunəvi addımlar atır. Biz bu işləri gələcəkdə davam etdirmək niyyətindəyik”, - deyə F.İsmayılzadə bildirib.

SOCAR-ın neftin, qazın nəqli qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov dövlətimiz müstəqilliyini bərpa etdikdən ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda neft sahəsində köklü dəyişikliklərin baş verdiyini söyləyib. Neft strategiyasının əsasını qoyan Heydər Əliyev neft sənayesinin inkişafı üçün yol açdı. Əlli ildən artıq bir vaxt ərzində neft sahəsində işləyən biri kimi mən bunu deməyə bilmərəm. Hələ keçmiş SSRİ dövründə Heydər Əliyev Azərbaycanın müstəqillik qazanacağını görürdü. Bu baxımdan onun neft sənayesindəki xidmətləri misilsizdir. Ümummilli liderin rəhbərliyi ilə dərin özüllər zavodunun əsası məhz Azərbaycanda qoyuldu. O, böyük infrastruktur yaratdı. Dayaz suluGünəşliyatağında quyuların əsası qoyuldu qazma işlərinə başlanıldı”, - deyə R.Qurbanov bildirib.

Türkiyənin Azərbaycandakı səfiri olaraq, ikitərəfli əlaqələrin inkişafına töhfə verən “Caspian Energy Award” mükafatı məndə qürur hissi oyadır”, - deyə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşü zamanı iki qardaş dövlətin rəhbərləri Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıblar. Qürur hissi olmaqla yanaşı, bu, həm bizim üçün güc mənbəyidir. Əlaqələrin bu səviyyəyə gəlib çatması gərgin işimizin nəticəsidir. İkitərəfli əlaqələrin inkişafına hər iki dövlətin rəhbərləri vətəndaşları böyük töhfə verirlər. Layiq görüldüyüm bu mükafat gərgin zəhmətin bəhrəsidir. Əminliklə bildirirəm ki, bu gələcəkdə uğurla davam etdiriləcək”, - deyə səfir bildirib.

“Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin Caspian Energy International Media Group-un dəstəyi ilə yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir”, - deyə Caspian European Club-un sədrinin birinci müavini baş icraçı direktoru Telman Əliyev qeyd edib. O bildirib ki, təsis olunduğu ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal aparır.

Məhz Caspian European Club-un Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində Caspian European Club bu gün Xəzər-Qara dəniz Baltik regionunda fəaliyyət göstərən ən nəhəng ən nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevrilib”, - deyə Telman Əliyev diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2016-cı il noyabrın 30-da Caspian Energy Forum dövlət özəl şirkət rəhbərlərini bir araya gətirəcək. Caspian Energy International Media Group-un flaqmanı sayılan “Caspian Energy” jurnalının birinci nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Hazırda dünyanın 50 ölkəsində yayımlanan “Caspian Energy” jurnalının hər buraxılışında dünyanın aparıcı ölkələrinin prezidentlərinin, baş nazirlərinin, nazirlərinin, dövlət özəl şirkət rəhbərlərinin nüfuzlu ekspertlərinin müsahibələri məqalələri dərc olunur. Bir sıra reytinq agentliklərinin hesablamalarına görə, “Caspian Energy” jurnalı dünyanın 20 nüfuzlu neft-qaz nəşri regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına daxildir.

Çıxışının sonunda Telman Əliyev uzun illər ərzində Klubun fəaliyyətində göstərdikləri dəstəyə məhsuldar əməkdaşlığa görə dövlət qurumları, şirkət təşkilat rəhbərlərinə minnətdarlığını bildirib, mükafata layiq görülən bütün nominantları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AZƏRTAC

Azərbaycan.- 2016.- 10 iyun.- S. 2.