Böyük BritaniyaŞimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

10 İyun 2016

Ülyahəzrət,

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz və 90 illik yubileyiniz münasibətilə SiziSizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur.

Ülyahəzrət,

Əlamətdar yubileyinizin qeyd olunduğu belə bir xoş məqamda şəxsinizə və ailənizə olan dərin hörmət və ehtiramımı xüsusi vurğulamaq istərdim. Ölkənizə rəsmi səfərim zamanı Sizinlə görüşümüzü Mehriban xanımla birlikdə həmişə ən xoş təəssüratlarla xatırlayırıq.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun 2016-cı il.

Azərbaycan.- 2016.- 11 iyun.- S. 1.