Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

 

Bağırov Emil Oqtay oğlu                - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

 

Əhmədzadə Emil Kinyaz oğlu          - Rauf Hacıyev adına 15 nömrəli on birillik musiqi məktəbinin şagirdi

 

Eminzadə Emin Xəzər oğlu             - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

 

Hacızadə Suada Elxan qızı              - Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

 

Hüseynov Orxan İsa oğlu               - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

 

Hüseynzadə Lalə Natiq qızı             - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

 

Məcidov Elman Aydın oğlu              - Hamburq MusiqiTeatr Ali Məktəbinin tələbəsi

 

Omarlı Şükür Şəfi oğlu                  - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

 

Quliyev Ağarəhim Vaqif oğlu           - LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

 

Səmədli Soltan Bayram oğlu           - Azərbaycan Milli Konservatoriyasının tələbəsi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 14 iyun.- S. 2.