Ədliyyə Nazirliyi Penitensiar Xidmətində geniş müşavirə keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Penitensiar Xidmətin, tibb baş idarəsinin və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxsləri, bütün cəzaçəkmə müəssisələri rəisləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Fikrət Məmmədov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib. Bildirib ki, ölkəmizin sosial-iqtisadi tərəqqisi penitensiar sistemin müasirləşdirilməsinə əsaslı təsir göstərib. Bu sahədə aparılan köklü islahatlar nəticəsində cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilib, onların saxlanma şəraiti, tibbi və digər təminatları yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin məhkumların sosial reabilitasiyası, cəmiyyətə qovuşmasının asanlaşdırılması məqsədilə paytaxtdaregionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir tipli penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilibbu sahədə işlər davam etdirilir.

Ədliyyə Nazirliyində ictimaiyyətin iştirakı ilə formalaşdırılmış xüsusi Komissiya tərəfindən məhkumları vaxtından əvvəl cəzadan şərti azad etmənin şəffaf qaydada bu günədək 5 mindən çox məhkuma tətbiqi onların sosial reabilitasiyasını asanlaşdırır, haqqa və ədalətə inamı artırır. Bu, həmçinin residiv cinayətlərin sayını kəskin azaldıb.

Bununla yanaşı, penitensiar sistemdə şəffaflığın və ictimai iştirakçılığın təmin olunması məqsədilə vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Məhkumlara keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində də xeyli işlər görülüb, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində vərəmə qarşı mübarizədə ən yüksək göstəricilərə nail olunub, bir çox xarici dövlətin nümayəndələri ölkəmizə səfər edərək müsbət təcrübəmizdən bəhrələniblər.

İclasda xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin humanizm siyasəti dövlətimiz tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən ay Respublika Günü münasibətilə yeni, sayca dördüncü amnistiya elan olunub. Bu humanist qərarın 10 min məhkuma şamil olunacağı, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.

Eyni zamanda, sahibkarlığın inkişafına, adamlarına qayğılı münasibətin təzahürü olaraq, dövlətimizin başçısının təşəbbüsü ilə iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması, bu qəbildən olan digər cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və ya cəzadan azad olunması ilə bağlı ötən ay Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir həmin aktların mahiyyətindən və əhəmiyyətindən bəhs edərək ədliyyə orqanlarının, o cümlədən Penitensiar Xidmətin üzərinə düşən vəzifələrə toxunub. Həmin aktların dərindən öyrənilməsi və təbliği, onların vaxtında, mütəşəkkil qaydadadürüst icrasının təmin olunması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Bununla yanaşı, mövcud problem və çatışmazlıqlar nəzərə çatdırılaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət edilməsi, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verilməməsi, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair konkret göstərişlər verilib. Həmçinin islah və təlim-tərbiyə işinin səmərəliliyinin artırılması, istehsalat sahələrinin genişləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İclasda Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Ceyhun Həsənov kollektivə təqdim olunub.

C.Həsənov çıxış edərək göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Azərbaycan.- 2016.- 14 iyun.- S. 3.