Avropa Qran-prisinin Bakı nümunəsi

“Formula-1”in birinciləri: Mixael Şumaxer “Ferrari”

 

Dünya Bakıda təşkil olunan “Formula-1” Avropa Qran-prisinin həyəcanı ilə yaşayır. Dünyanın bir nömrəli avtomobil yarışı 1950-ci ildən təşkil edilir bu müddətdə 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə malikdir. Bu göstəricidə argentinalı Xuan Manuel Fanxio 2-ci (5 dəfə), fransalı Alen Prost almaniyalı Sebastyan Fettel 3-cüdür (hərəyə 4 dəfə). Komandalarda isə “Ferrari” zirvədə qərarlaşıb. 16 dəfə çempion adını qazanan komanda, hələ ki, rəqibləri üçün əlçatmazdır.

 

“Formula-1” Bakıdakı yarışa yeniliklər tətbiq edib

 

İyunun 17-19-da Bakı Avropa Qran-prisinin cari mövsümdə 8-ci mərhələsinə evsahibliyi edəcək. 21 mərhələdən ibarət olan mövsümdə ən diqqət çəkən məqam sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdilər. Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. “Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik həyəcanı bir qədər artırıb.

Yeni mövsümdə diqqət çəkən məqamlardan biri mühərriklərin daha güclü səs-küylü olmasıdır. Belə ki, 2014-cü ildən bəri 2.4 litr həcmindəki V8 əvəzinə, 1.6 litrlik hibrid V6 mühərriklərindən istifadə edən istehsalçılar tətbiq olunan limitlərin ləğv edilməsindən sonraMercedes”lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən sonra “Reno” Honda”nın təxminən 70 at gücü daha artıq qüvvə əldə etdiyi, “Mercedes”in isə 1000 at gücü səddinə çatdığı ehtimal edilir. İki çıxışı olan yeni mühərriklər, həm daha çox səs çıxaracaq. Təqvimdə yarış sayının 21-ə çatması ilə hər maşın 4 əvəzinə, 5 mühərrikdən istifadə edə bilir.

Yeniliklərdən biri təkərlərlə bağlıdır. “Pirelli” şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradır.

 

Avstraliyadan Əbu Dabiyə yol Bakıdan keçir

 

Məlumat üçün qeyd edək ki, “Formula-1”də yeni mövsüm Avstraliya Qran-prisi ilə start götürüb. 2016-cı il mövsümünə isə noyabr ayında Əbu Dabidə yekun vurulacaq. Bakıdan əvvəl iki şəhərdə keçirilən “Formula-1” üzrə dünya çempionatının təfsilatı ilə tanış olaq.

Mayın 26-29-da 6-cı - Monako Qran-prisində pilotlar Monte-Karlo şəhərinin küçələrində 3337 metrlik məsafədə 78 turda mübarizə aparıblar. Yarışın əvvəlində “Red Bull-TAG Heuerpilotu Daniel Rikkiardo öndə olsa da, daha sonra üstünlüyü əldən verib. Bundan sonra üstünlüyü ələ alan Luis Hamilton liderliyi sonadək qoruyub saxlayıb ilin altıncı yarışını 1 saat 59 dəqiqə 29,133 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub.

 “Formula-1” üzrə dünya çempionatının iyunun 10-12-də keçirilən yeddinci yarışında - Kanada Qran-prisində qalib gələnMercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə ikinci qələbəsini qazanıb.

Pilotlar Monrealdakı Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar. Luis Hamilton yarışı 1 saat 31 dəqiqə 05,296 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5,011 saniyə geridə qalan Sebastian Vettel (Ferrari) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 46,4 saniyə sonra finişə çatan Valtteri Bottas (Uilyams, 15 xal) tamamlayıb.

Yeddinci Qran-pridən sonraMercedes”in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var. Aktivində 78 xal olan S.Vettel üçüncü, 72 xal toplayan Daniel Rikkardi (Red Bull) dördüncü 69 xala sahib olan Kimi Raikkonen (Ferrari) beşincidir.

 

Bakıdan sonrakı dayanacaqlar

 

“Formula-1” Qran-pri yarışlarının Bakıdan sonrakı növbəti dayanacaqları isə 1-3 iyulda Avstriya (Osterrayxrinq), 8-10 iyul Böyük Britaniya (Silverstoun), 22-24 iyul Macarıstan (Hunqarorinq), 29-31 iyul Almaniya (Hokkenhaym), 26-28 avqust Belçika (Spa Frakorşamps), 2-4 sentyabr İtaliya (Montsa), 16-18 sentyabr Sinqapur (Marina Bey), 30 sentyabr-2 oktyabr Malayziya (Kuala Lampur), 7-9 oktyabr Yaponiya (Suzuka), 21-23 oktyabr ABŞ (Ostin), 28-30 oktyabr Meksika (Mexiko), 11-13 noyabr Braziliya (İnterlagos) 25-27 noyabrda isə Əbu Dabidədir (Yas Marin).

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 17 iyun.- S. 4.