Odlar yurdunda sürət festivalı

Pilotlar yarışa, bolidlər isə trekə tam hazırdırlar

 

Bu gün Bakı daha möhtəşəm bir tədbirə - “Formula-1” Avropa Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 11 komandası və 13 müxtəlif ölkədən 22 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar.

Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir. Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin 340 km/saat qeydə alınacağı gözlənilir.

Pilotların yarışacağı avtomobillər - bolidlər də tam hazır vəziyyətdədir. Pilotların ilk dəfə yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri hiss olunur.

Digər Qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən, bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turuya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

İyunun 19-u isə Qran-prinin yarış günüdür. Sürücülər bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırırlar, dövrənin tamamında yenidən start yerlərini tuturlar. Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra yarış başlayır. Dövrənin uzunluğundan asılı olaraq, sürücülər müxtəlif traslarda müxtəlif sayda dövrələr vururlar.

Beləliklə, Odlar ölkəsində sürət festivalı başlayır. Yarışın sonunu Çarli Uaytinqya xüsusi dəvət olunmuş qonaq damalı bayraqla bildirir. Damalı bayraq görmüş sürücü üçün yarış başa çatmış sayılır. Əvvəlcə qalib gəlmiş sürücününonun komandasının şərəfinə təmsil etdikləri ölkələrin himnləri səslənir, kuboklar verilirşampan mərasimi keçirilir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 17 iyun.- S. 6.