Konsertlər, festivallar, sərgilər

“Formula-1” izləyicilərini Bakıda gərgin yarışla bərabər, unudulmaz mədəniyyət tədbirləri və əyləncəli anlar gözləyir

 

Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan Qərblə Şərqin birgə mədəniyyətinin zəngin və nadir vəhdətini təşkil edir. Müstəqil Azərbaycan bir çox dinlərin və millətlərin ənənələrini öz sosial strukturunda birləşdirir. Ölkəmiz öz milli kimliyini qoruyub saxlamaqla yanaşı, dünyəviliyə, müasirliyə və inkişafa da açıqdır. Buna görədir ki, Azərbaycan artıq mühüm beynəlxalq tədbirlərin təşkilatçısı və təşəbbüsçüsünə çevrilib. Necə ki, “Formula-1” kimi dünya səviyyəli yarışın 2016-cı il Avropa Qran-prisi məhz Azərbaycanda, paytaxt Bakıda keçirilir.

Beynəlxalq idman ictimaiyyəti tərəfindən xüsusi maraqla izlənilən “Formula-1” yarışlarını təşkil etməklə, sözsüz ki, ölkəmiz dünyaya özünü daha da yaxından tanıtdıracaq. Çünki insanlar bu yarışı izləmək üçün dünyanın dörd bir tərəfindən paytaxt Bakıya təşrif buyuracaqlar. Eyni zamanda, yarışlar beynəlxalq idman telekanalları vasitəsilə anbaan canlı yayımlanacaq.

Təcrübə göstərir ki, irimiqyaslı tədbirlər çərçivəsində maraqlı konsert, yaxud əyləncə proqramları təşkil edilir. Eləcə də “Formula-1” günlərində - 17-19 iyunda azarkeşlər təkcə sürət avtomobillərini izləməyəcəklər, onlar Bakıda müxtəlif əyləncə tədbirlərinə, sərgi və konsert proqramlarına şahidlik edəcəklər. Məsələn, “Formula 1”in ən möhtəşəm əyləncə tədbirlərindən biri olanBillionaire ClubAvropa Qran-prisi ərəfəsində Bakıya gələrək yarış həftəsonunun hər üç günü ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşadacaq.

Unikallığı, eksklüzivliyi və dəbdəbəni özündə birləşdirən “Billionaire Club” əvvəllər “Formula-1” komandalarından BenettonRenaulta rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, Dubay, Portoİstanbul kimi şəhərlərdə böyük coşqu ilə baş tutmuş bu əfsanəvi əyləncə tədbiri deyilənə görə, bu dəfə Bakıda qeyri-adi yarış həftəsonu təşkil edəcək. Tədbirin iştirakçıları arasında hər zaman məşhur adamları, dünya ulduzları, “Formula-1” pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkün olacaq. Tədbirin təşkilatçıları qonaqlar üçün dünya ulduzlarının iştirakı ilə sürprizlər hazırlayıblar. Üç gün ərzində böyük coşqu ilə qeyd olunacaq bu tədbir ən gözəl xatirələrlə uzun müddət yaddaşlarda qalacaq. Digər tərəfdən, dünyanın dörd bir yanından seçilmiş cazibədar 20 model - “Billionaire Girls” də tədbirin iştirakçısı olacaq. Buna görə də hesab edilir ki, “Billionaire Club” əyləncə tədbirləri “Formula-1” Avropa Qran-prisinin yarış həftəsonunun əsl bəzəyi olacaq. Qeyd edək ki, müxtəlif vaxtlardaBillionaire Clubda Wyclef Jean, Bob Sinclar və Timatı kimi musiqi ulduzları öz konsert proqramları ilə çıxış ediblər.

Yarış çərçivəsində Bakıda müxtəlif əyləncə gecələri də təşkil olunacaq. Belə ki, Bakıya Hindistandan Rənglər Festivalı Xoli gələcək və özü ilə parlaq, pozitiv emosiyalar gətirəcək. 18 iyun tarixində keçiriləcək festival unudulmaz anlarla yadda qalacaq.

Festivallardan və konsertlərdən başqa, “Formula-1” Avropa Qran-prisi yarış həftəsonu ərəfəsində insanları maraqlı sərgilər də gözləyir. Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunu Hüseyn Əliyevin sərgisini ziyarət etmək mümkün olacaq. Rəssamın yaratdığı əsərlər sayəsində Azərbaycana - azərbaycanlının gözü ilə baxmaq imkanı yaradılacaq. Sərgi 2 iyul tarixinədək fəaliyyət göstərəcək.

Bakı yalnız yerli rəssamların deyil, xarici rəssamların da incəsənət işlərini qəbul edən mədəniyyət şəhəridir. Ona görə də 15 iyul tarixinədək şəhər sakinləri və şəhərimizin qonaqları britaniyalı memar Riçard Dekonun “O biri tərəfdə” adlı sərgisini ziyarət edə bilərlər. YAY Qalereyasında gənc rəssam Aida Mahmudovanın daUnwelt” adlı fərdi qalereyası keçiriləcək.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə 2016-cı il “Formula-1” Avropa Qran-prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontinkimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır.

Qran-pri həftəsonu ərzində həmçinin müxtəlif yerli musiqiçilər də canlı şəkildə ifalarını təqdim edəcəklər. Bütün əyləncə məkanları mənzərəli Xəzər dənizinin sahili boyu uzanan Dənizkənarı bulvarda yerləşən əyləncə zonalarında təşkil olunacaq. Burada Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə - xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araxçın və çarıq hazırlanması, naxış tikmə və kəlağayı boyama ilə tanışlıq imkanı olacaq. Həmçinin, ziyarətçilər milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını dada biləcəklər.

Yarış günləri ərzində Səyyar Əyləncə Proqramı da baş tutacaq. Belə ki, ticarət və əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, küçə rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqqaslarının rəqsləri daxildir. Həmçinin, uşaqlar üçün üz boyama, habelə, F1 mövzusunda saç kəsimləri, karikatura ustalarının işləri, o cümlədən dırnaq boyama və xına naxış sənəti nümunələri nümayiş etdiriləcək.

Yarış həftəsonunun bütün günlərində, yəni 17-19 iyun tarixlərində bilet sahibləri Bulvarda quraşdırılmış xüsusi qalereyada “Formula-1” tarixi ilə tanış ola biləcəklər. Qran-pri Qalereyası yarışların 60 ildən çox tarixini əks etdirən 100 möhtəşəm şəkili özündə birləşdirəcək. Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi kiçik sürücülük məktəbi də təşkil ediləcək. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənəcəklər. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışacaqlar.

Digər maraqlı məqamlardan biriodur ki, Qran-prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl “Formula-1” pilotu kimi hiss edəcək. Bundan əlavə, fəal istirahəti sevənlər Hava Turbini, Dırmanma Divarı və Batut kimi attraksionlarda əylənə biləcək və eyni zamanda burada peşəkar idmançıların məharətli çıxışlarını izləyəcəklər. Ekstremal idman növləri sevənlər üçünbir neçə sürpriz nəzərdə tutulub. Belə ki, təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr göstərəcəklər. Bundan əlavə, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

2016-cı il “Formula-1” Avropa Qran-prisinin zəngin əyləncə proqramı haqqında məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmiləri bildiriblər ki, hər bir qonaq üçün, elə bir unikal və görünməmiş əyləncəvi istirahət proqramı hazırlanıb ki, onlar bir dəqiqə belə darıxmağa imkan tapmayacaqlar. “Formula-1” Avropa Qran-prisi və GP2 Dəstək yarışları ilə yanaşı, Xəzər dənizi sahilindəki gözoxşayan Dənizkənarı Parkda təşkil edilmiş fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar oyadacaq və şübhəsiz, bu, avtomobil idmanı bayramını unudulmaz edəcək.

Görünən odur ki, “Formula-1” Avropa Qran-prisinə evsahibliyi edən Bakı zəngin mədəni və əyləncəli proqramları ilə yarış günlərini və yarış həftə sonunu daha da unudulmaz edəcək. Həmçinin, ölkəmizə qonaq gələcək turistlər yalnız “Formula-1” yarışını izləməyəcək, həm də Odlar Yurdu Azərbaycanın zəngin mədəni həyatı, tarixi və insanları ilə yaxından tanış olacaqlar. Başqa sözlə, Bakıda keçiriləcək yarış həftəsonu bir daha sübut edəcəkdir ki, “Formula-1” sadəcə, yarış deyil, eyni zamanda bir həyat tərzi, ailə üçün parlaqunudulmaz istirahət deməkdir.

Elgün MƏNSİMOV,

Azərbaycan.-2016.- 17 iyun.- S. 7.