Azərbaycan iqtisadi yüksəliş və sosial rifah sahəsində dünyada öncül ölkələrdəndir

 

Respublikamızın BMT-nin İqtisadiSosial Şurasına böyük dəstəklə üzv seçilməsi bunu təsdiqləyir

 Azərbaycan sosial-iqtisadi inkişaf göstəriciləri, demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından “Avropa ailəsi”nin nüfuzlu üzvü kimi tanınır. Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda güclü dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda siyasi dəstək almasına ciddi zəmin yaradıb.

Dünya miqyasında mürəkkəb siyasiiqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün sahibkarlıq fəaliyyətinin hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.

Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında vaxtaşırı öz əksini tapır. Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olanDoing Business 2016” hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuş, “G-20”-yə üzv olan 8 ölkəni qabaqlamışdır.

Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 13 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları da qeyd edir. Son 20 il ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycan dünya bazarında rəqabət imkanlarını da artırıb. Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi islahatlar barədə dolğun təsəvvür yaratmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avroatlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi, siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.

Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Respublikamızın regionda sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-nin İqtisadiSosial Şurası (ECOSOC) kimi mötəbər quruma yüksək səslə üzv seçilməsi ölkəmizin sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir. Xatırladaq ki, Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub.

Azərbaycan 2011-ci il tarixində 2017-2019-cu illər üçün BMT-nin İqtisadiSosial Şurasının (ECOSOC) üzvlüyünə namizədliyini irəli sürmüşdü. BMT-nin əsas orqanlarından biri olan ECOSOC onun 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadisosial sahələrdə işini əlaqələndirir. BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolununüfuzunu daha da yüksəldib. ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. ECOSOC-un 54 üzvü var. Şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 129 dövlətin səsi tələb olunur.

2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik aparılıb. İyunun 14-də BMT-nin Baş Assambleyasında keçirilmiş seçkilərdə səsvermədə iştirak etmiş 184 üzv dövlətdən 176-nın səsini əldə etmiş ölkəmiz şuranın üzvü seçilib. Ölkəmiz 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olacaq. Azərbaycan Respublikası şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq sülhinkişafa öz töhfəsini verəcək.

Azərbaycanın növbəti dəfə ECOSOC-un üzvü olması bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaq. Bu tarixi hadisə, ilk növbədə rəsmi Bakının son dərəcə uğurlu inkişafını bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Elnur HACALIYEV,

Azərbaycan.- 2016.- 18 iyun.- S. 1.