“Formula-1” təkcə yarış deyil, həm də maraqlı istirahətdir

 

Möhtəşəm yarış keçirən Bakı turistləri valeh edir

 

Həmişə olduğu kimi, ölkəmiz yenə də möhtəşəm idman tədbiri - “Formula-1” Avropa Qran-pri yarışlarını yüksək səviyyədə keçirməklə dünyanın diqqət mərkəzindədir.

Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı azarkeşlər və tamaşaçılar, sürətli avtomobillərlə yanaşı, həm də UNESCO-nun Ümumdünya irs siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, Bakının müasir tikililərini və Xəzərin sahilindəki Milli Parkı seyr edəcəklər.

Paytaxtda iyunun 16-dan başlayan dördgünlük bayram əhval-ruhiyyəsi davam edir. Yarışlarda iştirak edəcək planetin ən məşhur 11 komandasının 22 pilotu mübarizəyə qoşulub.

Srağagün bütün Dənizkənarı bulvarboyu uzanan əyləncə zonaları fəaliyyətə başlamışdır. Bundan əlavə, “Ferrari”, “Mercedes”, “Red Bull” və “Toro Rosso” komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçirilmişdir. Dünən sessiya digər komandaların pilotlarının iştirakı ilə davam etmişdir.

Azarkeşlər üçün təşkil olunmuş Pit Yolu Gəzintisi zamanı “Formula-1” aləmi ilə daha da yaxından tanış olmaq mümkündür.

Əyləncə məkanlarında müxtəlif tamaşalar və rəqslər göstərilir, konkisürənlər və skeytbordçular öz məharətlərini nümayiş etdirir, fotoqalereya və sərgi salonları fəaliyyət göstərir.

Dünya musiqisinin ən tanınmış simalarından olan Kris Braun, Enriki İqlesiasFarel Uilyams möhtəşəm musiqi proqramları ilə “Formula-1” yarışlarının azarkeşlərini sevindirəcəklər.

Ümumilikdə, yarışların tarixində ilk dəfə keçirilən Bakı-2016 “Formula-1” Avropa Qran-prisinin zəngin əyləncə proqramı barədə məlumat verərkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov demişdir: Biz hər bir qonaq üçün elə unikal və görünməmiş əyləncəli istirahət proqramı hazırlamışıq ki, onun bir dəqiqə belə darıxmağa imkanı olmasın. Əminəm ki, “Formula-1” Avropa Qran-prisi və GP2 Dəstək yarışları ilə yanaşı, Xəzər dənizi sahilindəki göz oxşayan Dənizkənarı Parkda təşkil edilmiş fərqli əyləncələr hər bir pərəstişkarda xoş təəssüratlar oyadacaq və şübhəsiz, bu, avtomobil bayramını unudulmaz edəcək”.

Yarış rəsmisinin dedikləri, həqiqətən, öz təsdiqini tapmaqdadır. Artıq minlərlə əcnəbi turist Bakıya gələrək möhtəşəm avtomobil yarışlarını canlı izləməklə yanaşı, gözəlliliyi ilə bütün dünyaya səs salmış Bakını da seyr etmək imkanı qazanmışlar.

İrlandiyalı Dara Doyl Bakıya həyat yoldaşı, rusiyalı Vera Doylla təşrif buyurub. İçərişəhərin qədim memarlıq abidələri ilə tanış olan Dara həm də “Formula-1” Avropa Qran-pri yarışlarında iştirak edən “Uilyams” komandasının mexanikidir: “Pilotlar üçün çox gözəl şərait yaradılmışdır. Yollara isə söz ola bilməz. İnanıram ki, pilotlarımız Bakıda uğurla çıxış edəcək. Braziliyalı idmançımız Felipe Massa indiyədək 230 yarışda iştirak edib və bunların 11-də qalib olub. Finlandiyalı pilotumuz Valteri Bottas isə iki dəfə yarışlarda ikinci yeri tutub. Rəqabət çox güclü olsa da, “Uilyams”ın uğuruna inanıram”.

Vera da doğma komandalarının zəfər qazanacağına inanır və Bakıda sanki nağıllar aləminə düşdüyünü deyir. “İlk dəfədir Azərbaycandayam. Unudulmaz təəssüratlar yaşayıram. Çox dadlı mətbəxiniz var. İnsanlarınız da çox qonaqpərvərdir”, - deyə Vera təəssüratlarını bölüşür.

Harald LarsenHelgi Qrönvold isə Norveçdən gəliblər. Hər ikisi təqaüdçüdür. Haraldın dediyinə görə, o, “Formula-1” yarışları azarkeşidirturnirin harada keçirilməsindən asılı olmayaraq, həmin ölkədə canlı izləyir. Hər iki təqaüdçünün favorit komandası da var. Norveçli turistlər “McLaren Honda” komandasına azarkeşlik edirlər. Helginin dediyinə görə, komandanın pilotu Fernando Alonso onun ən sevimli idmançısıdır. İndiyədək 254 yarışda iştirak edən ispaniyalı pilot müxtəlif konstruksiyalı bolidlərdə 32 yarışın qalibi olmuşdur.

Komandanın digər pilotu Censon Batndan da qələbə gözləmək olar. Britaniyalı idmançı iştirak etdiyi 287 yarışın 15-də qələbə qazanıb. Norveçli təqaüdçülər hesab edirlər ki, Bakı Şəhər Halqası onların sevimli komandası üçün düşərli olacaq.

Qeyd edək ki, uzunluğuna görə Bakı Şəhər Halqası dünyada ikincidir. Bakı treki həm mürəkkəbliyinə görə digərlərindən fərqlənir.

Bakı-2016 “Formula-1” Avropa Qran-prisi digər idman növləri ilə peşəkarcasına məşğul olan əcnəbilərin diqqətini çəkir. Amerikalı boks məşqçisi Coy Quzman yarışları izləməklə yanaşı, Bakının qədim memarlıq abidələri ilə tanış olur. İçərişəhərdə böyük maraqla var-gəl edən veteran boksçu Koloradodan Azərbaycanadək uzun yol qət etməsindən heç peşman deyil. Burada hər şey mənim xoşuma gəlir. Xəzər dənizi, Dənizkənarı bulvar, qədim İçərişəhər, yeni üslubda tikilmiş göydələnlər, dadlı yeməkləriniz gözəl insanlarınız...”

ABŞ-dan ölkəmizə təşrif buyurmuş daha bir veteran boksçu Bob Skinyer paytaxtımızda gördüklərindən çox razıdır. Açığı o qədər xoş təəssüratlarım var ki, bilmirəm hansından başlayam. Bura gələrkən Bakının dünyanın ən müasir şəhərlərindən biri olduğunu düşünmürdüm. İndi isə çalışacağam heç olmasa ildə bir dəfə gözəl ölkənizə səfər edim. Burada insanların yaşaması istirahət etməsi üçün hər cür şərait yaradılmışdır”, - deyə Bob vurğulayır.

Qız qalasının yaxınlığında İçərişəhərin arxitekturasından heyranlıqla danışan isveçrəli turistlərin rəhbəri Erih Hizlinq dörd il öncə Bakıda olub. Lakin bu qısa müddətdə paytaxtda baş vermiş dəyişikliklər onu çox heyrətləndirir. Səyahət etməyi çox sevirəm. Dünyanın bir çox ölkəsini gəzmişəm ziyarət etdiyim şəhərlərdə görməli yerlərlə yaxından tanış oluram. Dörd il bundan əvvəl Bakıda olmuşdum. Srağagün Tiflisdən paytaxtınıza gəldik böyük dəyişikliklərin şahidi olduq. Şəhəriniz daha təmiz abaddır. Müxtəlif üslublarda inşa edilmiş göydələnlər Bakıya gözəllik verir. Qız qalasının yanında dayanıb Alov qülləsini seyr edəndə qədimliklə müasirliyin fərqliliyini, eyni zamanda, vəhdətini görürsən. Ümumilikdə Bakının aurası mənə çox müsbət təsir edir”, - deyə qocaman turist bildirir.

Rusiyalı turistlər Tatyana Votyakova Yekaterina Vinokurova Novosibirskdən Bakıya - “Formula-1” Avropa Qran-pri yarışını canlı izləməyə Scuderia Toro Rossokomandasının rusiyalı pilotu Daniil Kvyata azarkeşlik etməyə gəlmişlər. Bizim favoritimiz Daniildir. Düzdür, onun indiyədək ən böyük uğuru yarışların birində ikinci yeri tutmasıdır. Lakin bu dəfə sevimli idmançımızdan qələbə gözləyirik”, - deyə Yekaterina bildirir. Rusiyalı turistin dediyinə görə, onlar vətənlərində olarkən internet vasitəsilə həm bilet, həm kirayə mənzil sifariş etmişlər.

Mənzilimiz dəniz kənarındadır. Oradan yarışları izləmək çox rahatdır. Şəhərinizə gəldikdə isə, açığı, biz heyrət içindəyik. Bu cür gözəl arxitekturalı şəhər hələ görməmişik. Novosibirskdən Moskvaya, oradan isə Bakıya uçmuşuq. Moskvada hava limanında olarkən azərbaycanlılar paytaxtınızı bizə çox tərifləmişdilər. Düzü, inanmırdıq ki, Bakı, həqiqətən, bu cür təriflərə layiqdir. Lakin burada gördüklərimiz - möhtəşəm memarlıq abidələri, dünya standartlarına uyğun idman qurğuları, Bakı bulvarı, çimərliklər, ləzzətli xörəkləriniz ən başlıcası, qonaqpərvər xoşməramlı insanlarınız bizi valeh etdi”, - deyə Tatyana heyrətini gizlədə bilmir...

Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışları bir daha sübut edir ki, bu, sadəcə, idman turniri deyil, eyni zamanda, bir həyat tərzi, bütün insanlar üçün parlaq, unudulmaz istirahət əyləncədir. Azərbaycanın paytaxtında bayram əhval-ruhiyyəsi davam edir.

Rizvan HİLALOĞLU,

Fərman BAĞIROV (foto),

Azərbaycan.- 2016.- 18 iyun.- S. 3.