Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 221

 

¹ 221                            Bakı şəhəri, 13 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmişMüsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi satışı barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 4, II kitab, maddə 211; 2003, N 6, maddə 342; 2004, N 4, maddə 286; 2005, N 11, maddə 1076; 2006, N 5, maddə 463; 2009, N 4, maddə 282, N 10, maddə 846; 2010, N 11, maddə 1040) ilə təsdiq edilmişMüsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi satışı barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bəndin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumları, Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti.”.

2. 2.2-ci bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi s.) göstərilməlidir.”.

3. Aşağıdakı məzmunda 3.1.3-1-ci 3.1.4-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.3-1. dərman vasitələri əvəzsiz olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilir.

3.1.4-1. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir;”.

4. 3.1.5-ci yarımbənd üzrə:

4.1. “3.1.1 - 3.1.4-cü” sözləri “3.1.1 - 3.1.4-1-ci” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Göstərilən qaydada satılmayan əmlak barədə bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndi tətbiq olunur.”.

5. Aşağıdakı məzmunda 3.1.5-1-3.1.5-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.5-1. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, üzərindəki etiketlər ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələrinə əsasən yararsız olan əmlaklar, habelə üzərində etiket ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələri olmayan, 3.1.5-2-ci yarımbəndlə müəyyən edilmiş qaydada əvəzsiz olaraq verilməsi ya təkrar emalı mümkün olmayan əmlaklar 3.1.5-3-cü yarımbənddə nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

3.1.5-2. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan əmlaklar üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Əsasnamənin 3.1.5-3-cü yarımbəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

3.1.5-3. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, habelə 3.1.5-2-ci yarımbəndinə uyğun olaraq müvafiq dövlət orqanları aztəminatlı ailələr, o cümlədən qaçqınlar məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakların məhv edilməsi ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:

3.1.5-3.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi;

3.1.5-3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

3.1.5-3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

3.1.5-3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi.”.

6. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.6. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından əldə edilən vəsaitlər həmin əmlakların saxlanılması, satışı, bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndində nəzərdə tutulan məqsədlə məhv edilməsi və utilizasiyası üçün göstərilən xidmətlərə görə ödənişlər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 günü müddətində dövlət büdcəsinə köçürülür;”.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2016.- 19 iyun.- S. 7.