“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 2, maddə 56; 2015, N 2, maddə 92, N 5, maddə 496, N 7, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.1-ci maddədə “filiallarında” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin;

2. 21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada” sözləri ilə əvəz edilsin;

3. 21.1.5-ci maddədə “pilləsində (bakalavriat)” sözləri “pilləsinin bakalavriat, magistraturadoktorantura səviyyələrində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.