Fransalı senatorlara Azərbaycandakı multikultural tolerant mühit barədə məlumat verilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayevin Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət müşaviri Kamal Abdullayev Sovör Qandolfi-Şayt, Erik Dolij, Jan-Pyer Door, Aleksi Mansel, Lionel Tardi, Alen Vasel kimi nüfuzlu senator deputatların təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onların Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Bildirilib ki, biz Azərbaycanda hökmran olan tolerant multikultural əhvali-ruhiyyəni öz qəlbimizin arzusu ilə dostlarımıza çatdırmağa, onları da bundan xəbərdar etməyə çalışırıq. “Biz Prezident İlham Əliyevlə sizin görüşünüzü çox böyük maraq diqqətlə izlədik. Prezident İlham Əliyev Azərbaycanın xaricdəki dostlarının sayının artırılması üçün çox işlər görür. Mən bir daha hər bir müasir azərbaycanlının ürəyindən gələn bir fikri burada ifadə etmək istərdim. Hər bir insanın iki vətəni olur: doğma vətəni Fransa. Fransaya məhəbbət hər zaman bizim ürəyimizdə yaşayır. Güman edirəm ki, bu hisslər bizim münasibətlərimizdən sonra bir qədər zənginləşəcək. Bu heyətlə Bakıya gəlib bizimlə görüşdüyünüz üçün sizə bir daha təşəkkür edirəm. İnanıram ki, hazırda Mərkəzin müşaviri Aytən Qəhrəmanın sizinlə davam etdirdiyi danışıqlar nəticəsində daha real nəticələr əldə edəcəyik”.

Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin BBMM-in yaranması, fəaliyyəti həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Dövlət müşaviri BBMM-in hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail Moldovada rəsmi filiallarının fəaliyyət göstərdiyini qeyd edib.

Dövlət müşaviri BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə Azərbaycan universitetlərində tədrisilayihəsi çərçivəsində bu fənnin hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında tədris edildiyini bu fəaliyyət sferasının gündən–günə genişləndiyini diqqətə çatdırıb. Kamal AbdullayevAzərbaycan multikulturalizmifənninin Fransa universitetlərindən birində tədrisi ilə bağlı hazırda aparılan danışıqların yaxın gələcəkdə müsbət nəticələnəcəyinə ümidvar oldugunu bildirib.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin AzərbaycandaMultikulturalizm ilielan olunduğunu xatırladan Dövlət müşaviri bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın bölgələrində yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.

Jan-Fransua Mansel nümayəndə heyətində təmsil olunan senatorların ölkəmizə ilk dəfə səfər etdiklərini qeyd edərək heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğulayıb. Ölkəmizə səfərləri çərçivəsindəAzərbaycanı özün üçün kəşf etproqramı hazırladıqlarını deyən Jan-Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Azərbaycandakı mövcud multikultural duruma, xalqımızın qonaqpərvərliyinə öz gözləri ilə şahid olduqlarını qeyd edib. Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu vurğulayan Jan-Fransua Mansel onlara göstərilən diqqətə yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Jan-Fransua Mansel nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söyləyib.

Nümayəndə heyətinin rəhbəri Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu deyib.

Qonaqlar Azərbaycandakı tolerant multikultural ənənələri yüksək qiymətləndiriblər, bu dəyərlərin digər ölkələr üçün örnək ola biləcəyini qeyd ediblər.

Görüşdə dövlət müşaviri qonaqları maraqlandıran sualları cavablandırıb.

Sonra nümayəndə heyətinin üzvlərinə BBMM-in layihəsi çərçivəsində 25 dildə çap olunan, Henrix Fridrix fon Ditsin yazdığıHomerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopuadlı ön sözün Kitabi-Dədə QorquddastanındanBasatın Təpəgözü öldürdüyü boy”un daxil edildiyi kitabın fransız dilində nəşri Mərkəzin hədiyyələri təqdim edilib.

Azərbaycan.- 2016.- 22 iyun.- S. 4.