Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 226

 

¹ 226                                    Bakı şəhəri, 13 iyun 2016-cı il

 

Təhsil haqqında dövlət sənədlərinin nümunələri onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 4, maddə 372; 2011, N 3, maddə 235; 2013, N 5, maddə 567; 2014, N 5, maddə 571) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 1. 2.1-ci bəndin üçüncü abzasınamagistrsözündən əvvəlali təhsil müəssisələrininsözləri əlavə edilsin, həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“- Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi fərqlənmə).”.

2. 2.7-ci bəndin birinci abzasındaMagistrsözü “Ali təhsil müəssisələrinin magistrsözləri ilə əvəz edilsin.

 3. Aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. Magistr diplomunun təsviri:

Diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - AMEA) magistratura səviyyəsini fərqlənmə ilə bitirməyənlər üçün göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rəngli olur. Diplomun üz qabığı dermantin materialdan hazırlanır yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə “MAGİSTR DİPLOMU” sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ sol tərəfinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan magistr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI” “MAGİSTR DİPLOMU” sözləri, sol səhifəsinin yuxarı hissəsində “MAGİSTR DİPLOMU ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, diplomun seriyası nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn magistr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (5 nömrəli əlavə).”.

4. 2.8-ci bənddə “4 nömrəli əlavəsözləri “4 6 nömrəli əlavələrsözləri ilə əvəz edilsin.

5. 2.10-cu bənddə “3 4 nömrəlisözləri “3 - 6 nömrəlisözləri ilə əvəz edilsin.

6. 3.1-ci 3.2-ci bəndlərə ismin müvafiq hallarındatəhsil müəssisələrisözlərindən sonra ismin müvafiq hallarında AMEA” sözləri əlavə edilsin.

7. 3.3-cü bənddə ali təhsil müəssisələrindəsözləriali təhsil müəssisələrində AMEA-dasözləri ilə əvəz edilsin.

8. 3.4-cü bəndin ikinci abzasına, 3.5-ci bəndin birinci abzasının birinci cümləsinə 4.7-ci bəndin ikinci abzasına ismin müvafiq hallarındatəhsil müəssisələrisözlərindən sonra ismin müvafiq hallarında AMEA” sözləri əlavə edilsin.

9. 3.4-cü bəndə 3.5-ci bəndin birinci abzasının ikinci cümləsinə müvafiq olaraqrəhbərlərirəhbərisözlərindən sonra AMEA-nın prezidentisözləri əlavə edilsin.

10. 3.6-cı bəndin birinci abzasının dördüncü cümləsinə, 4.1-ci bəndə, 4.5-ci 4.7-ci bəndlərin birinci abzaslarına ismin müvafiq hallarındatəhsil müəssisəsisözlərindən sonra ismin müvafiq hallarında “, AMEA” sözü əlavə edilsin.

11. 3.8-ci bənddə “təhsil müəssisəsinin adı onun” sözləri “təhsil müəssisəsinin, adı, AMEA onların” sözləri ilə əvəz edilsin.

12. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplomonun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər.

4.4-1. Ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında buya digər səbəbdən diplomu almayan şəxslərə diplomonun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir.”.

13. 4.6-cı bənd üzrə:

13.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

 Diplomuonun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə, AMEA olan halda isə müvafiq olaraq AMEA-nın prezidentinə müraciət etməlidir.”;

13.2. üçüncü cümləyə “təhsil müəssisəsinin adı” sözlərindən sonra “, AMEA” abreviaturası əlavə edilsin.

14. Həmin Qaydaya 5 və 6 nömrəli əlavələr əlavə edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2016.- 22 iyun.- S. 5.