N.H.Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Natiq Həmdulla oğlu Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2016-cı il

Azərbaycan.-2016.- 23 iyun.- S.1.