Sərhədçilər at belində...

Yerli cins atların həm idman yarışlarında, həm də sərhəd xidmətində əvəzi yoxdur

 

At türk xalqları, o cümlədən azərbaycanlılar üçün hər zaman müqəddəs sayılıb. At igidlərin, cəngavərlərin ən yaxın dostu olub, silahdaşı hesab edilib. Təsadüfi deyil ki, qədim döyüşlərdə süvarisi çox olan ordu güclü hesab edilibçox vaxt da düşmənə qalib gəlib. Xanlar, bəylər, elin, obanın hörmətli adamları da həmişə at belində gəziblər. At həmçinin yaxın keçmişəcən təsərrüfat işlərində insanın əvəzsiz köməkçisi olub. Hətta bu günata tələbat var. Müxtəlif idman yarışlarında, eləcə də ölkəmizin sərhədlərinin mühafizəsində atlardan istifadə olunur.

Atlara olan bu tələbat zaman-zaman onların güclü və zəif cinslərini, dözümlülərini müəyyən edib. Dünyada olan yüzlərlə at cinsi arasında yerli cinslər olanQarabağ” və “Dilboz” atları özünəməxsus keyfiyyətləri ilə fərqlənir. Azərbaycanda bu cinslərin qorunması və çoxaldılması üçün çox görülür. 2 il öncə dövlət başçısı “Qarabağcinsinin damazlıq özəyinin qorunması, inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı sərəncam imzaladı. Həmin vəsait ölkədə atçılığın inkişafının sürətləndirilməsinə və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına yönəldildi ki, bu da nəticəsiz qalmadı. Bu gün dövlətin balansında olan atçılıq təsərrüfatı və klublarından başqa, 7 müstəqil klub da fəaliyyət göstərir. Onlar ölkədə peşəkar atçılığın inkişafında, at idmanının formalaşması və atüstü milli oyunların genişlənməsində mühüm rol oynayır. Azərbaycan Atçılıq Federasiyası isə dövlətin dəstəyindən maksimum faydalanaraq bu sahənin ildən-ilə genişlənməsinə öz töhfəsini verir.

Hazırda ölkədəki müxtəlifyönümlü fermer təsərrüfatlarında və atçılıq zavodlarında 76 mindən çox at var ki, bunlardan da 300 başdan çoxuQarabağ” atlarıdır. Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycandakı hər dörd atdan birində, hətta xaricdən gətirilmiş və sonradan burada yetişdirilən ərəb, ingilis, fransız və digər at cinslərində “Qarabağ”ın qarışığı var...

 

At dasağ olumur

 

Ölkəmizdə atların yetişdirilməsi, yarışlara və sərhəd xidmətində istifadəsinin təşkili ilə yaxından tanış olmaq üçün Novxanı qəsəbəsindəki Sərhədçi Atçılıq İdman Klubuna (AİK) yollandıq. Klubda atların saxlanılması və yetişdirilməsi üçün hər bir şərait varbu işlə peşəkar məşqçilər, təcrübəli sərhədçilər məşğul olur.

Atlar 3 yaşından təlimlərə cəlb edilir. Əks halda, yəni tez başlanıldıqda atın inkişafı zəif olur, hündürlüyünə, əzələlərinin formalaşmasına mənfi təsir edir. Bir atın ram edilməsi üçün 10-15 gün vaxt lazımdır. Yaxşı təlimçi ən çılğın atı da bu müddət ərzində özünə tabe etməyi bacarır. Bundan sonra atların konkret sahələr üzrə bölgüsü aparılır və atlar idmanın konkur, cıdır, çövkən və polo növləri üzrə bölünür, digər bir qismi isə sərhəddə xidmət aparmaq üçün hazırlanır. Bölgü zamanı atların yaş qrupları və cinsi uyğunlaşma amilləri mütləq nəzərə alınır. Məşqçilər atların konkret idman növü üzrə tam formalaşması üçün ən azı 6 ay vaxt lazım olduğunu deyirlər. 2007-ci ildən fəaliyyət göstərən klubda qeyd olunan sahələr üzrə məşğul olmaq üçün şərait var və buradakı atlar Dövlət Sərhəd Xidmətinin balansında olan cins atlardır. Bəzən məşqlər ərazisi nisbətən geniş olan Binə Atçılıq Mərkəzində davam etdirilir.

AİK-in baş təlimatçısı Namiq Orucov bildirdi ki, at saxlamaq, onu öyrətmək ciddi qulluq, yüksək qayğı və nəzarət tələb edir. Hər 6 aydan bir sağlamlıq durumlarını müəyyən etmək üçün atlardan analiz götürülür: “Ümumiyyətlə, at digər heyvanlardan çox fərqlənir. Ən böyük özəlliklərindən biri insanı özünə cəlb etmək bacarığıdır. Atla yoldaşlıq etmək üçün ilk növbədə gərək onunla münasibət qurmağı bacarasan. Çox həssas heyvandır, insan kimi qarşılıqlı səmimiyyət tələb edir. Bəlkə də nadir heyvandır ki, insanın qəzəbini və kinini daha yaxından duya bilir. Hər qalibiyyətli çıxışından sonra at da insan kimi özsağ olunu istəyir. Yoxsa at sahibindən küsə bilər. Bu əlamət “Qarabağ” atlarında daha qabarıq hiss olunur”.

KlubdaQarabağ” və “Dilboz” atlarının ataana cinslərinin eyniadlı cinsdən olub-olmadığına da xüsusi diqqət yetirilir. Odur ki, bu cinslərin sayının artırılması, eyni zamanda başqa cinslərə qarışmadan qorunub saxlanılması məqsədilə atlardan DNT analizi alınaraq Almaniyada xüsusi laboratoriyaya göndərilir.

 

Qarabağ” atları sərhəd xidməti üçün daha əlverişlidir

 

Təlimatçı bildirdi ki, hazırda Sərhədçi Atçılıq İdman Klubunda 25-i “Qarabağ” və qalanları “Dilbozcinsi olmaqla 40 başdan yuxarı at var. Təxminən 40 başa yaxın təlim görmüşQarabağ” atı müxtəlif ərazilərdə sərhəd xidmətinə cəlb olunub: “Atlara hər bir idman növünə uyğun olaraq təlimlər keçirilir, özü də ayrı-ayrı təlimçilər tərəfindən. Məsələn, cıdır və ya süvari atının konkurda istifadəsi yolverilməzdir. Süvari atını çövkən oyununa cəlb edəndə isə nəticə ürəkaçan olmur. Atların öyrədilməsi ilə məşğul olan əsgərlər və müddətdən artıq xidmət edən sərhədçilər özləri də ilk olaraq burada təlim keçirlər”.

Qarabağ” atlarının özünəməxsusluğu həmişə diqqəti çəkib, heyrət doğurub. Şux yerişi, düz qaməti, möhkəm əzələsi və gözəlliyi insanı valeh edib. Dözümlüyünə görə də bu cinsin əvəzi yoxdur. Xarakterik rəngi narıncı və qızılı-kürəndir. İrsi əlamət olduğu üçün rənglərini heç vaxt dəyişmir. Həm sürətli, həm də dözümlü olanQarabağ” atları əsl yarış atlarıdır.

Eyni sözləri “Dilboz” atları haqqında da demək olar. Müsbət keyfiyyətlərinə görə “Qarabağ” cinsinə çox yaxın olan bu atlar əsasən rənginin boz və kürən olması ilə fərqlənir. Təlimatçı yerli cinslərin sərhəd xidmətində əlverişli olmasını elə ilk növbədə sadaladığımız keyfiyyətlərdən irəli gəlməsi, onların dözümlü və ayıq olması ilə izah edərək dedi ki, dağlıq zonalarda bu atlarla hərəkət etmək daha əlverişlidir. Yağışlı, soyuq havalardaQarabağ” atlarının qət etdiyi məsafəni boyunun hündürlüyü ilə seçilən ərəb, ingilis və digər cinslər gedə bilmir.

 

Sərhədçi süvarilərimiz Avropada at oynatdılar

 

Qarabağ” atları hələ ötən əsrin ortalarından Azərbaycanın hüdudlarından kənara çıxaraq dünyaya səs salıb. Qarabağın adını daşıyan bu atlar harada olursa, orada Azərbaycanın tarixi torpaqları, milli dəyərləri, insanlarının mərdliyi haqqında söz açılır. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ torpaqlarının düşmən tapdağına düşməsindən sonraQarabağ” atları olduğu bütün ölkələrdə mütləq Qarabağ həqiqətlərindən danışılıb.

Hələ 1956-cı ildə N.S.Xruşşov Böyük Britaniyanın Kraliçası II YelizavetayaZaman” adlı Qarabağ atı hədiyyə etmişdi. Sorağı hər tərəfə yayılan bu atlar elə həmin vaxtdan avropalıların sevimlisinə çevrildi. Bundan 56 il sonra - 2012-ci ildə İngiltərədə keçirilən Azərbaycan mədəniyyəti günlərində azərbaycanlı rəqqasələrlə bərabər, “Qarabağ” atlarının qeyri-adi rəqsi və şahə qalxması yenidən avropalıların qəlbini fəth etdi. Bu tamaşada 3 “Qarabağ” atı iştirak edirdi. 2 il sonra yenidən həmin atlar dünya ictimaiyyətini heyran etdi. Ötən ayın ortalarında isə Böyük Britaniyada təşkil olunan mötəbər tədbirdə “Qarabağ” atlarının və sərhədçi çaparların göstərdiyi qeyri-adi şou bir daha ürəkləri riqqətə gətirdi.

London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor at şousunun final mərhələsində 15 “Qarabağcinsi ilə sərhədçi süvarilərimiz və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizavetanın qarşısında çıxış etdilər. Kraliçanın 90 illik yubileyinə həsr edilmiş tamaşada ölkəmiz Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təmsil olunmuşdu.

Sərhədçi Atçılıq İdman Klubunda olduğumuz vaxt süvarilər Londondan yenicə qayıtmışdılar. Fürsət tapıb “Qarabağ” atlarının orada qazandığı uğurlar haqqında maraqlandıq. Tədbirdə iştirak edən Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev bildirdi ki, sonuncu tədbirə qədər artıq “Qarabağ” atları avropalılara yaxşı tanış idi: “Ona görə bu dəfə daha geniş tərkibdə iştirak üçün dəvət almışdıq. Komanda olaraq Azərbaycandan 50 nəfərdən ibarət nümayəndə heyəti, 14 “Qarabağ” və 1 “Dilboz” atı ilə bu tədbirə qatıldıq. Ümumilikdə 4 gün davam edən mərasimə 6 ölkədən 900 baş at, 600 iştirakçı cəlb olunmuşdu və hər gün açılış və bağlanış mərasimində 6 ölkənin bayrağı dalğalanırdı. Ən güclü süvarilərin yer aldığı bu tədbirdə, digərlərindən fərqli olaraq, “Qarabağ” atları ilə göstərilən şou sürətli və heyrətamiz idi. Atların ritmik hərəkəti, çaparların dəqiqliyi və səhvsiz nömrələr hamının diqqətini çəkirdi”.

B.Nəbiyev tədbir boyu diqqətçəkən digər məqamlardan da söz açdı:

- Tədbirdə hər ölkənin nümayişindən əvvəl aparıcı komandanın mənsub olduğu ölkə haqqında məlumat verirdi. Azərbaycanın təqdimatı səslənəndə hər dəfə ilk sözlər belə olurdu: “Azərbaycanın “Qarabağ” atları üzərində çaparlar elə bir şou göstərəcək ki, əvvəllər burada heç vaxt olmayıb və mən bunu tədbirin favoriti hesab edirəm”. “Qarabağ” atlarının göstərdiyi şou proqramın birində 3 at və 6 çapardan ibarət piramida formalı nömrə nümayiş olundu. Göstərilən nömrəyə uyğun olaraq yuxarıdan aşağı 3 bayraq asılmışdı. Birincisi kraliçaya təbrik sözləri yazılmış bayraq, ikincisi Azərbaycan bayrağı və sonuncusu isə Böyük Britaniyanın bayrağı idi. Təbii ki, bu, bütün avropalıların diqqət yetirdiyi bir məkanda Azərbaycan bayrağının, Azərbaycan adının “Qarabağ” adı ilə bir olması demək idi. Tədbir zamanı “Qarabağ” atlarının qısa müddətdə formalaşdırdığı aura minlərlə insanın gəzdiyi sərgi zonasında da Azərbaycan dəyərlərinin, adət-ənənələrinin, musiqi və mətbəxinin geniş təbliğinə imkanlar yaratdı. Baxmayaraq ki, bir neçə ölkə də sərgidə nümayiş olunurdu, böyük əksəriyyət Azərbaycanla maraqlanırdı, “Qarabağ” atlarını müzakirə edir, onların müsbət keyfiyyətlərindən danışırdılar. Bunun dəfələrlə şahidi olduq. Təsadüfi deyil ki, tamaşa boyu auditoriyanı ovsunlayanQarabağ” atları Kraliça II Yelizavetada xoş təəssürat yaratdı. Kraliça atların gözəlliyini və çaparların ustalığını yüksək qiymətləndirdi.

Ümumiyyətlə, tədbirdə iştirak edən yüksək çinli qonaqlar Azərbaycan və “Qarabağ” atları haqqında müsbət fikirlərini gizlətmədilər. Tamaşada Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkluni fikirlərini belə ifadə etdi: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir guşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinə heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada - Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”. Avropa-Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter isə təəssüratlarını bu cür bölüşdü: Vindzor Kral at şousu Azərbaycan və Böyük Britaniya arasında münasibətləri genişləndirən daha bir əlamətdar hadisə kimi yadda qaldı. “Qarabağ” atlarının Vindzor at şousunda iştirakı müxtəlif mədəniyyətləri ortaq maraq dairəsində bir araya gətirmək istəyini və bacarığını nümayiş etdirdi”.

Sonda kraliça qəsrində təşkil olunan fərdi görüşdə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev nümayəndə heyəti adından tanınmış rəssam Sakit Məmmədovun “Cıdır düzü” əsərini kraliçaya təqdim edib. Həmin əsərdə Cıdır düzümilli atüstü oyunumuz olan çövkən təsvir olunur. Əsərdə həmçinin fırçanın “dili ilə yerli at cinsləri, Azərbaycan xanımlarının, bəylərinin tarixi geyimləri və digər milli dəyərlərimiz haqda məlumat verilir. Bu da Azərbaycanın, o cümlədən Qarabağın və eyni adlı atların təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elnur HADIYEV,

Azərbaycan.-2016.- 23 iyun.- S.5.