Bakı “Formula-1” Avropa Qran-prisinə layiqli evsahibliyi etdi

Bakı daha bir mötəbər idman yarışına - “Formula-1” Avropa Qran-prisinə layiqincə evsahibliyi etdi. Xəbər verildiyi kimi, yekunda “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib oldu. O, yarışların ümumi hesabında da liderliyini qorudu. “Ferrari” komandasını təmsil edən daha bir alman - Sebastyan Fettel ikinci yerdə qərarlaşdı. Üçüncü yeri isə yarışboyu böyük əzmkarlıq nümayiş etdirən meksikalı pilot Serxio Peres (“Force İndia”) tutdu.

Təntənəli mükafatlandırılma mərasimindən sonra hər üç idmançı mətbuat konfransında yarışlarla bağlı öz təəssüratlarını bölüşdü.

Niko ROSBERQ: “Bu gün ümumiyyətlə, həftə sonu, həqiqətən, çox maraqlı keçdi. Bakıda bizi qonaqpərvərliklə qarşılayan hər kəsə təşəkkür edirəm. Yarış çox maraqlı idi. Möhtəşəm trek inşa edilmişdir. Bu trek, həqiqətən, həyəcanverici idi. Əlbəttə, yarış mənim üçün mükəmməl keçdi - sıralanma turu, final ümumiyyətlə, hər şey planlaşdırıldığı kimi oldu”.

Sebastyan FETTEL: “Hər şeydən əvvəl hamıya öz təşəkkürümü bildirirəm. Biz Azərbaycana ilk dəfə gəlmişik. Bizi gözlədiyindən məlumatsız idim. Lakin indi qeyd etmək istərdim ki, trek əla idi. Mən çox böyük zövq aldım böyük mehribanlıqla qarşılandım. Fikrimcə, trek bənzərsiz idi! Burada yarışmaq bir-birinə yaxın bəzi döngələrdə sürətlə hərəkət etmək üçün xüsusi hazırlıq tələb olunurdu. Bu gün hamımız böyük səy göstərdik”.

Serxio PERES: “Podiuma çıxmaq ehtimalımın olduğunu bilirdim. Amma buna çox çətinliklə nail oldum. İlk dövrədə inanılmaz həmlə edərək “Williams” “Toro Rossokomandalarını geridə qoydum. Fikrimcə, üçüncü yeri tutmağımızın əsas səbəblərindən biri budur. Zənnimcə, Bakı treki bizim komandanın bolidi üçün əlverişli oldu... Aydındır ki, avtomobilimizin güc aqreqatı yaxşı idi trek boyu tarazlığı saxlamağa müvəffəq olduq. Digər pilotlar bizimlə müqayisədə daha çox çətinliklə üzləşdilər bu, yüksək mövqeyə yiyələnməyimizə zəmin yaratdı”.

“Formula One Management” prezidenti Berni Ekklstoun yarışın ölkəmizdə təşkil edilməsini yüksək qiymətləndirmişdir: “Bakı Şərq Qərb mədəniyyətlərini özündə birləşdirən nadir şəhərdir. “Formula-1” yarışlarında şəhərin gözəlliyi, tarixi coğrafiyası mühüm amil hesab olunur. Biz Bakının tarixini gözəlliyini bütün dünyadakı “Formula-1” azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik”.

Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya ilə izləmişdir. Bundan əlavə, ölkəmizə təşrif buyurmuş minlərlə əcnəbi turist şəhərimizin qonaqları möhtəşəm yarışa canlı tamaşa etmək imkanı qazanmışdır. Onların arasında bizimlə öz təəssüratlarını bölüşənlər vardı.

Hollandiyalı turist AC.Tenheyli şəhərimizin gözəlliyinə valeh olduğunu bildirir: “Red Bull” komandasının azarkeşiyəm. Yarışları canlı izləmək üçün Bakıya gəlmişəm. Burada hər şey çox gözəldir. Xəzər dənizi, bulvar çox füsunkardır. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir”.

Bu yay məzuniyyətini Azərbaycanda keçirməyi qərara almış iraqlı cütlük - Faiz İbadi Ruzeyha İbadi həkimdirlər. İstirahətlərini ölkəmizdə keçirən iraqlıları məzuniyyətlərinin “Formula-1” yarışları ilə üst-üstə düşməsi xeyli sevindirmişdir: “İlk dəfədir bu cür tədbiri canlı izləyirik. İçərişəhərdə səyahət etməkdən doymuruq. Burada xeyli qədim abidə var. Qaladan kənara çıxdıqda isə füsunkar gözəlliyi olan müasir şəhər görürsən. Heyif ki, indiyədək biz ölkənizə gəlməmişik. Vətənə - Nəcəf şəhərinə qayıtdıqdan sonra Bakı haqqında ən xoş təəssüratlarımızı yaxınlarımız dostlarımızla bölüşəcəyik”.

Gürcüstanlı jurnalist Georgi Mancavidze isə CDS telekanalına Bakıdan reportajlar ötürür. O deyir: “Bakı məni heyran etdi. Azərbaycanlılar bizim ən yaxın dostlarımızdır. Hər bir gürcüstanlı ölkənizə səfər etməyə can atır. Çünki qonaqpərvərliyiniz, mehriban davranışınız, gözəl mətbəxiniz, qədim mədəniyyətiniz dillər əzbəridir”.

Jurnalistin həmvətəni Qvantsa Papuaşvili Bakı haqqında xoş sözlər deyir: “Adət-ənənəniz, mədəniyyətiniz, incəsənətiniz, mətbəxiniz - ümumiyyətlə, burada hər şey mənim ürəyimcədir. İnsanlarınız bizi valeh etdi. Qədim şəhərlə yeni şəhərin vəhdəti isə xüsusilə heyranedicidir. Sizin kimi dostlarımızın olmasından qürur hissi keçiririk. Ürəklərimiz bir döyünür. “Formula-1” yarışlarına gəldikdə isə, bunu canlı izləmək başqa bir aləmdir. Artıq mənim bir arzum da çin oldu - biz ilk dəfədir belə bir mötəbər tədbirin iştirakçısıyıq. Əminəm ki, buradan aldığımız təəssüratlar heç vaxt xatirimizdən silinməyəcək”.

İngiltərəli adamı Valter King Bakıya ilk dəfədir təşrif buyurub. O da öz heyranlığını gizlədə bilmir: “Çox gözəl istirahət edirəm. Musiqiniz, buradakı əyləncələr, üstəlik, həyəcanverici “Formula-1” yarışları - bunlar mənə böyük zövq verir. Könüllülər lazım olan vaxt istənilən məsələdə köməyimə çatırlar”.

Rusiyanın Sankt-Peterburq şəhərindən gəlmiş menecerlər Emil Dauranov Sergey Murzinov “Formula-1” yarışlarında həmyerliləri Daniil Kvyatın azarkeşlik etdikləri Luis Hamiltonun çıxışlarından narazı olsa da, Avropa Qran-prisinin yüksək səviyyədə təşkilindən, Bakıda keçirilən mədəni proqramlardan, dünya şöhrətli musiqiçilərin çıxışlarından, Azərbaycan paytaxtının gözəlliyindən unudulmaz təəssüratlarla ayrılacaqlar”.

İranlı turistlər Əmirhüseyn Mirhüseyni Sona Salah “Ferrari” komandasının azarkeşləridir. Onların sevimli pilotu Sebastyan Fettel “Formula-1” yarışlarında uğurlu çıxış edərək ikinci yeri tutmuşdur. Qədim tarixi abidələriniz, mədəniyyətiniz, incəsənətiniz, qonaqpərvərliyiniz, milli mətbəxiniz bizdə əla təəssüratlar yaratdı. Üstəlik, Bakı treki azarkeşlik etdiyimiz komanda üçün düşərli oldu. Bütün bunlara görə minnətdarlığımızı bildiririk”.

Rizvan HİLALOĞLU,

Azərbaycan.-2016.- 23 iyun.- S.6.