Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”ni “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 6, maddə 416; 2004, N 6, maddə 440, N 9, maddə 674; 2005, N 6, maddə 491, N 12, maddə 1102; 2006, N 7, maddə 592, N 8, maddə 659; 2007, N 6, maddə 615, N 9, maddə 869, N 10, maddə 947, N 11, maddə 1106; 2008, N 3, maddə 168, N 8, maddə 719; 2009, N 5, maddə 322, N 12,  maddə  983; 2010, N 2, maddə 83, N 3, maddə 185; 2011, N 2, maddə 85, N 6, maddə 508, N 9, maddə 791; 2012, N 9, maddə 852; 2013, N 5, maddə 511, N 11, maddə 1320; 2014, N 12, maddə 1573; 2015, N 2, maddə 127, N 6, maddə 697, N 12, maddə 1474; 2016, N3, maddə 434) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.1.35-1-ci və 4.1.13-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.35-1. ictimai asayişin qorunmasında vətəndaşların iştirakını təşkil edir;”;

“4.1.13-1. vətəndaşları ictimai asayişin qorunmasına cəlb etmək və onlarla əməkdaşlıq haqqında müqavilə bağlamaq;”.

2. 5.3.14-cü yarımbəndə “əmək müqavilələrinin” sözlərindən sonra “, ictimai asayişin qorunmasına cəlb edilən şəxslərlə müqavilələrin” sözləri əlavə edilsin.

3. 5.3.15-ci yarımbəndə “hərbi qulluqçuları” sözlərindən sonra “, habelə ictimai asayişin qorunmasına cəlb edilən şəxsləri” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan.-2016.- 24 iyun.- S.2.