Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusi

yasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına  general-mayor ali hərbi rütbəsi verilsin:

 

Polkovnik Bağırov Gəray Abbas oğlu

Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu

Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu

Polkovnik Məmmədov Fuad Nadir oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il

Azərbaycan.-2016.- 25 iyun.- S.1.