Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Mahmudov Əmir Hüseyn oğlu

Talıbov Nurməhəmməd Şixməhəmməd oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il

Azərbaycan.-2016.- 25 iyun.- S.2.