Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 9, maddə 561; 2000, N 3, I kitab, maddə 136; 2003, N 4, maddə 178; 2004, N 3, maddə 133; 2006, N 12, maddə 1005; 2010, N 3, maddə 172; 2011, N 3, maddə 162; 2013, N 4, maddə 359) 10-cu maddəsinin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2016-cı il

Azərbaycan.-2016.- 25 iyun.- S. 2.