Azərbaycan demokratikləşmə yolunda qətiyyətli addımlar atır

İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər ölkəmizin dünya birliyindəki nüfuzunu daha da yüksəldib

 

Hər bir müstəqil dövlətin imicini, demokratik proseslərin inkişafına önəm verməsini və beynəlxalq aləmdəki reytinqinin göstəricisini insan hüquq və azadlıqlarının müdafiəsinə münasibəti, bu sahəyə göstərilən diqqət və qayğı müəyyənləşdirir. Son illər Azərbaycanda həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər, qəbul edilən qanunvericilik aktları ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldir.

Bu da ondan irəli gəlir ki, əsas insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oynayır. Hüquqi, demokratiksivil cəmiyyətli dövlət quruculuğu yolunda inamlı və qətiyyətli addımlar atan müstəqil Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri əksər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev əfvetmə institutunun fəaliyyətini bərpa etdikdən sonra vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyihumanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmuşdur.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamda isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulmuşdur.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən yüksək səviyyəli tədbirlərin nəticəsini son 13 ildə imzalanmış əfv fərmanları ilə azadlığa çıxanların sayı da göstərir. Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Müasir Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi, insan hüquqlarının təmini və müdafiə edilməsidir. Bu, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.

Konstitusiyamızın 12-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinin əsas məqsədi, mahiyyəti və fəlsəfəsi insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da bu prinsipi hər zaman fəaliyyətlərində rəhbər tutur.

May ayında isə Mehriban xanım Əliyeva növbəti amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış edərək Milli Məclisə qərar layihəsi göndərmişdir. 28 may Respublika Günü münasibəti ilə Milli Məclisə təqdim olunmuş sənəd may ayının 20-də təsdiq edilmişdir. Sonuncu amnistiya aktı 10 min nəfərə şamil edilməklə 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad edilməsini nəzərdə tutur. Bu isə Mehriban xanım Əliyevanın sayca 4-cü təşəbbüsü idi. Xatırladaq ki, Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877 məhkum, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum, 2013-cü il 7 may tarixli qərarla 10.040 məhkum, 2016-cı il 20 may tarixli qərarla isə 10.000 məhkum barəsində amnistiya tətbiq edilib. Göründüyü kimi, 4 amnistiya aktı 39481 məhkuma şamil edilib. Qeyd edək ki, 28 may Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrasına iyun ayının 15-dən start verilib. Artıq cəzaçəkmə müəssisələrindən xeyli məhbus buraxılıb və proses tam olaraq 4 ay müddətində icra olunacaq.

Ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Belə təşəbbüslər həmçinin ölkəmizdə ictimaiyyətin xoş ovqatının daha da yüksəlməsinə böyük töhfəsini verir.

Ümumilikdə isə Prezident İlham Əliyev son 13 ildə 29 əfv sərəncamı ilə 6472 nəfərin azadlığa buraxılmasını təmin edən sənədlər imzalayıb. 1995-ci ildən bu günə qədər ölkəmizdə imzalanan 61 əfv fərman və sərəncamları ilə 9576 nəfər azadlığa qovuşub. Son amnistiya aktının icrasından sonra isə ötən 20 ildə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfərdən çoxdur.

Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir və bu siyasətin mərkəzində ilk olaraq insan amili dayanır.

Onu da qeyd edək ki, bu ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt da Azərbaycanla əməkdaşlığı və ölkədə insan haqları, demokratiyahüquqi dövlət sahəsində həyata keçirilən layihələri alqışlayıb. Bu da bir daha sübut edir ki, Azərbaycan demokratikləşmə yolunda qətiyyətli addımlar atır. Demokratiyainsan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olanhüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 25 iyun.- S.1.