Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 251

¹ 251                         Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişAzəristiliktəchizatAçıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1831 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1229; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2013, N 6, maddə 762; 2014, N 1, maddə 69; 2015, N 10, maddə 1593) ilə təsdiq edilmişAzəristiliktəchizatAçıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndəsərəncamınasözündən sonra “(bundan sonra - sərəncam)” sözləri əlavə edilsin.

2. 6.4-1-ci bəndə “filial” sözündən əvvəlidarə,” sözü əlavə edilsin.

3. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Cəmiyyətin ali idarəetmə orqanı

6-1.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

6-1.2. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sərəncama uyğun olaraq həll edilir.”.

4. 7-ci hissə üzrə:

4.1. 7.6.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 “7.6.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik filiallarının yaradılması ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkil ya ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müşahidə Şurasının təkliflərinə uyğun olaraqqərarlar qəbul edir;”;

4.2.  7.6.3-cü yarımbənddən  strukturunu sözləri çıxarılsın;

4.3. 7.6.8-ci yarımbəndəbölmələrinin,” sözündən sonraidarə,” sözü, “müəssisələrininsözündən sonra “(cəmiyyətlərinin)” sözü əlavə edilsin;

4.4. 7.6.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin aşağıdakı məzmunda 7.6.10-cu 7.6.11-ci yarımbəndlər əlavə edilsin:

 “7.6.9. Cəmiyyətin  Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;

7.6.10. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

 7.6.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.”.

5. 8.3.5.4-cü yarımbəndə “bölmələrinin,” sözündən sonra “idarələrinin,” sözü, “müəssisələrinin” sözündən sonra “(cəmiyyətlərinin)” sözü əlavə edilsin.

6. 10-cu hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“10.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.”.

7. 10.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 25 iyun.- S.6.